Azərbaycanda parlament seçkiləri — 9 fevral 2020-ci ildə baş tutan Milli Məclisə VI çağırış seçkiləri. Bundan əlavə, bu seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri olmuşdur.

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.

Seçki sistemi Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatıAzərbaycan Respublikasının Konstitusiyası , maddə 82 5 il müddətinəAzərbaycan Respublikasının Konstitusiyası , maddə 84 təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirAzərbaycan Respublikasının Konstitusiyası , maddə 83.

Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdurAzərbaycan Respublikasının Seçki Məcəlləsi , maddə 12.1. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilərAzərbaycan Respublikasının Konstitusiyası , maddə 56.

Hazırlıq işləri 2019-cu il may ayının 14-də Yeni Azərbaycan Partiyasının Baş Katibi Əli Əhmədov Azərbaycanda Parlament seçkilərinin təyin olunduğu ildə, yəni 2020-ci ildə baş tutacağını bildirdi.

2019-cu il noyabrın 28-i saat 11:00-da Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasının baş tutacağı açıqlandı. Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı və bir saat davam edən iclasın nəticəsində, V çağırış Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsinə dair qərar qəbul olunduğu açıqlandı.

Saat 15:00-da Yeni Azərbaycan Partiyasının Baş Katibi Əli Əhmədov, müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzovun qatılımı ilə mətbuat konfransı baş tutdu.

Azərbaycan Prezidenti İlham Əliyevin 05.12.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edildi.

Arxa plan 2016-cı il 26 sentyabrında keçirilmiş sonuncu referendumla konstitusiyaya bir sıra dəyişikliklər edildi. Həmin dəyişikliklərin arasında prezidentin növbədənkənar seçkilər təyin etmək hüququ da var idi. Məhz bunun nəticəsində, prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında növbədənkənar keçirilmişdi. Prezident seçkilərindən sonra parlament seçkilərinin də vaxtından tez keçiriləcəyi ilə bağlı söz-söhbətlər gəzməyə başladı. Bəzi siyasi analitiklər hesab edirdi ki, bunun üçün kifayət qədər səbəblər var. Həmin vaxtlarda parlamentdə 6 yer boş qalmışdı. Belə ki, Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq səlahiyyətinə xitam verilmişdi. Bununla yanaşı, Prezidentin aprelin 23-ü və 24-ü imzaladığı sərəncamlarla 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər vəzifəyə gətirilmişdi. Bundan əlavə, həmin ilin aprelin 15-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev dünyasını dəyişmişdi. Odur ki, konstitusiyaya edilmiş dəyişiklikləri, o cümlədən bəzi qüvvələrin ali qanunverici orqanda öz təmsilçilərini görmək arzusunda olduqlarını və digər səbəbləri nəzərə aldıqda növbədənkənar parlament seçkilərinin keçirilməsi məqbul görünürdü.

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov 2018-ci ilin avqustunda azadlığa çıxmasından sonra bu söz-söhbətlər daha da artdı. O bildirirdi ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir və yeni seçkilər keçirilməlidir:

2019-cu ildə də bu müzakirələr getdikcə güclənirdi. Xüsusilə, prezidentin apardığı struktur islahatlarının parlamentə də təsir edəcəyi hiss olunurdu, lakin iqtidardan bunun əksi reaksiyalar gəlirdi. Baş Nazirin müavini Əli Əhmədov da bu yöndə cümlələr işlədirdi:

Bir neçə ay sonra, daha dəqiq desək noyabrın 28-də sensasion qərar verildi. Belə ki, Yeni Azərbaycan Partiyası prezidentin siyasi kursunu və apardığı islahatları dəstəkləmək məqsədilə parlamentin buraxılmasını və yeni deputatların seçilməsini təklif edib. Həmin gün keçirilən iclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın icra və məhkəmə qollarında islahatlar bu günə kimi aparılıb. İslahatların sistemli olması üçün vacib cəhət odur ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etməlidir.

Dekabrın 2-də əsasən Yeni Azərbaycan Partiyasından olan çoxluq bu təklifi dəstəkləyib və prezidentə bu barədə müraciət ünvanlayıb. Qeyd etmək lazımdır ki, Parlamentin iclasının səlahiyyətli hesab olunması üçün ən azı 83 deputat iştirak etməli və səsvermədə 63 və ya 83 səs çoxluğu ilə qərarlar qəbul edilməlidir. Parlamentdəki partiyalar arasında səs çoxluğu hakim Yeni Azərbaycan Partiyasından olan deputatlarda olduğundan onların istefası təqdirində bu say aşağı düşəcək və sistem işləməyəcəkdi.

Elə həmin gün prezident müraciəti Konstitusiya Məhkəməsinə yönləndirib və dekabrın 4-də məhkəmə təklifin konstitusiyaya uyğun olduğuna qərar verib.

Namizədlər Seçkilərində iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Yenə rekord sayda, 1637 nəfər namizəd qeydə alınmışdır, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Xüsusilə, namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Belə ki, partiyanın qərarına tabe olmayan deputatlığa namizədləri dəstəkləməyəcəyini və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra namizədliyini geri götürənlərin sayı 95 nəfərdən 237-yə çatıb. Beləcə, namizədlərin sayı 1325-ə enib.Ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub , secki-2020.az Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil edirlər.

Ən çox namizədlə təmsil olunan partiya və siyasi blokları aşağıdadır:

Yeni Azərbaycan Partiyası — 123 namizəd Müsavat Partiyası — 60 namizəd Milli Dirçəliş Hərəkatı Partiyası — 33 namizəd ReAl Cümhuriyyətçilər İttifaqı — 31 namizəd Ümid Partiyası — 21 namizəd İslahatlar Naminə Açıq Media Bloku (İNAM) — 21 namizəd Ağ PartiyaAğ Partiyanın rəsmi-hüquqi adı "Vahid Azərbaycan Partiyası"dır. — 20 namizəd Hərəkət Seçki Bloku — 18 namizəd Ana Vətən Partiyası — 14 namizəd Azərbaycan Demokrat Partiyası — 10 namizəd Azərbaycan Milli İstiqlal Partiyası — 9 namizəd Müasir Müsavat Partiyası — 5 namizəd Digər partiyalar — Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası.

Seçki kompaniyası Yeni Azərbaycan Partiyası seçkilərə "Azərbaycanın gələcəyinə səs ver!" və "Daha güclü Azərbaycan naminə!" şüarları ilə qatılmışdır.

Nəticələr

Partiyalar üzrə Siyasi partiyaSədrSəsMandat#%+\-Sayı+\-Mandat qazananYeni Azərbaycan Partiyasıİlham Əliyev 1Bitərəf -Vətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı 1Ana Vətən PartiyasıFəzail AğamalıDemokratik İslahatlar PartiyasıAsim MollazadəAzərbaycan Demokratik Maarifçilik PartiyasıElşən Musayev 1Bütöv Azərbaycan Xalq Cəbhəsi PartiyasıQüdrət HəsənquliyevBöyük Quruluş PartiyasıFazil MustafaVəhdət PartiyasıTahir Kərimli11 347 0.08 1Vətəndaş Birliyi PartiyasıSabir HacıyevMandat qazanmayanAzərbaycan Demokrat PartiyasıSərdar CəlaloğluAzərbaycan Milli İstiqlal PartiyasıArzuxan Əlizadə 3 077 0.22Azərbaycan Sosial Demokrat PartiyasıAraz Əlizadə 1Azərbaycan Sosial Rifah PartiyasıXanhüseyn KazımlıAzərbaycan Ümid Partiyasıİqbal AğazadəBöyük Azərbaycan PartiyasıElşad MusayevMilli Dirçəliş Hərəkatı PartiyasıFərəc Quliyev 1Müsavat PartiyasıArif Hacılı 38 814 0.67Vətəndaş və İnkişaf PartiyasıƏli Əliyev

Qanun pozuntuları Xarici KİV-lər və müstəqil müşahidəçiləri Azərbaycanda Parlament seçkilərində müxtəlif qanun pozuntularını qeydə alıblar:

Müşahidə kameraları skoçlanıb. Müşahidəçilər, məşvərətçilər yumruqlanıb, şillələnib, jurnalistlərə təzyiq edilib. Karusel əməliyyatı keçirilib. Seçki kabinələrinə toplu şəkildə girilib. Topa bülleten atılıb. Ölülər səs veriblər. Bəzi seçki məntəqələrində işiqlar kəsilib. Hərbçilər kütləvi şəkildə karuselə qurşanıb. Bəzi seçicilərin əvəzinə səs verilib. Müəllimələr, hakimlər, JEK işçiləri, dövlət qulluqçuları ümumi şəkildə saxtakarlıqda iştiraka cəlb edilib. Bəzi məntəqələrdə şəffaf olmayan qutular qoyulub.

2020-ci il yanvarın 13-də Mərkəzi Seçki Komissiyası Çingiz Qənizadə, Rauf Arifoğlu, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun qalib elan olunduğu dairələrdə nəticələri ləğv edib.

Ümumilikdə 328 seçki məntəqəsində nəticələri ləğv edilib.

Nəticələri ləğv olunan seçki dairələri 80 saylı İmişli-Beyləqan seçki dairəsi 74 saylı Lənkəran kənd seçki dairəsi 35 saylı Xətai üçüncü seçki dairəsi 33 saylı Xətai birinci seçki dairəsi

Qeydlər

İstinadlar

Kateqoriya:2020-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycanda parlament seçkiləri Kateqoriya:2020-ci ildə seçkilər