2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir. Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır. Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir.

Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu

Format Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.

Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi. Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.

Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq. Əgər yenə qalib müəyyənləşməzsə, qalib penalti zərbələri ilə müəyyən ediləcək. Turnirin bütün oyunlarında qol xətti texnologiyasından istifadə ediləcək. 3 dekabrda UEFA Millətlər Liqası Finallarında video köməkçi hakim (VAR) sistemindən istifadə ediləcəyini açıqlamışdır.

İştirakçı komandalar Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır. Qrup Komanda Təsnifat mərhələsitarixi UML ReytinqiNoyabr 2018 FİFA ReytinqiAprel 2019 A1 3 16 A2 İsveçrə 1 8 A3 (ev sahibi) 2 7 A4 4 4

Ev sahibi seçimi Portuqaliya 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında ev sahibi ölkə olaraq elan edilmişdir. Millətlər Liqası Finalları üçün sadəcə A diviziyasının komandaları namizədlik verə bilər və dörd iştirakçıdan yalnız biri ev sahibi olaraq seçilə bilər. Millətlər Liqası Finalları hər biri ən azı 30000 tamaşaçı tutumuna malik iki stadionda baş tutmalıdır. İdeal olaraq, stadionlar ev sahibi olan ölkədə bir-birindən təxminən 150 km məsafəyə qədər yerləşməlidir.

9 mart 2018-ci ildə UEFA İtaliya, Polşa və Portuqaliyanın finalı keçirməkdə maraqlı olduqlarını və namizədliklərini verdiklərini açıqlamışdır. Sənədləri vermək üçün son tarix 31 avqust 2018-ci il kimi təsdiq olunmuşdur. Üç assosiasiya da A3 qrupunda yer aldığından qrupun qalibi UEFA-nın tələblərinə cavab verəcəyi təqdirdə ev sahibi ölkə kimi təyin olunacaqdı. Öz qrupunda Polşa İtaliyanı mübarizədən kənarlaşdıran Portuqaliyanın potensial ev sahibi olma şansını daha da artırdı. Bununla da Portuqaliya A3 qrupunun qalibi oldu və finallara vəsiqə qazandı. Beləliklə, ölkə UEFA İcraiyyə Komitəsinin 2018-ci il dekabrın 3-də təsdiqləyəcəyi ev sahibi hüququnu avtomatik olaraq əldə etdi.

Stadionlar Namizədlik sənədlərində Portuqaliya Futbol Federasiyası Portuda yerləşən Draqao stadionu və Gimarayeşdə yerləşən "Eştadio Afonso Henrikez" stdaionlarını irəli sürmüşdür. Portu Gimarayeş Draqao stadionu Eştadio Afonso Henrikez Tutumu: 50033 Tutumu: 30000

Heyətlər

Hər bir milli komanda üçü qapıçı olmaqla turnirin açılış görüşünə on gün qalmış 23 oyunçudan ibarət olan heyəti təqdim etməlidir. Əgər bir oyunçu turnirin ilk görüşünə qədər zədələnərsə və ya ciddi xəstələnərsə, siyahıda başqa bir oyunçu ilə əvəz olunmalıdır.

Cədvəl

Yarımfinallar Portuqaliya - İsveçrə

GK 1 Rui PatrisioRB 20Nelson SemedoCB 3 Pepe CB 4 Ruben DiaşLB 5 Rafael GerreyroRM 16Bruno Fernandeş CM 14Villiam KarvalyoCM 18Ruben NevesLM 10Bernardo SilvaCF 23Joao Feliks CF 7 Kristiano Ronaldo (K)Əvəzetmələr:DF 6 Xose Fonte MF 17Qonçalo Quedes MF 8 Joao Moutinyo Baş məşqçi: Fernando Santuş300px GK 1 Yann SommerRB 2 Kevin MbabuCB 22Fabian Şar CB 5 Manuel AkanciLB 13Rikardo RodrigezRM 17Denis Zakaria CM 10Qranit Caka (k) CM 8 Remo Froyler LM 14Steven Zuber AM 23Xerdan Şaqiri CF 9 Haris SeferoviçƏvəzetmələr:MF 20Edimilson Fernandeş MF 11Renato Steffen FW 19Yosip Drmiç Baş məşqçi: Vladimir Petkoviç Oyunun adamı: Kristiano Ronaldo (Portuqaliya)

Köməkçi hakimlər: Mark Borş (Almaniya) Stefan Lupp (Almaniya) Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan) Video köməkçi hakim: Kristian Dingert (Almaniya)

Niderland — İngiltərə

GK 1 Yasper SilesenRB 22Denzel Dumfrays CB 3 Matteys de Liqt CB 4 Vircil van Dayk (K)LB 17Deyli BlindCM 15Marten de Ron CM 21Frenki de Yonq CM 8 Jorjinyo ViynaldumRW 7 Stiven Berxveyn CF 10Memfis DepayLW 9 Rayn Babel Əvəzetmələr:FW 11Kvinsi Promes MF 20Donni van de Bek MF 6 Deyvi Pröpper MF 16Kevin Strotman Baş məşqçi: Ronald Kuman300px GK 1 Cordan PikfordRB 2 Kayl UolkerCB 5 Con StounsCB 6 Harri MequayrLB 14Ben ÇilvelCM 16Deklan Rays CM 17Fabian Delf CM 18Ross BarkliRW 11Ceydon Sanço LW 10Rahim Sterlinq (K)CF 19Markus Reşford Əvəzetmələr:FW 9 Harri Keyn MF 7 Cessi Linqard MF 8 Cordan Henderson MF 20Dele Alli Baş məşqçi: Qaret Sautqeyt Matçın adamı: Frenki de Yonq (Niderland)

Hakim köməkçiləri: Nikolya Dano (Fransa) Siril Qrinqor (Fransa) Dördüncü hakim: Anastasios Sidiropoulos (Yunanıstan) Video köməkçi hakim: Fuansua Leteksi (Fransa)

Üçüncülük uğrunda matç

GK 1 Yann SommerCB 22Fabian ŞarCB 5 Manuel AkanciCB 4 Niko ElvediRM 2 Kevin MbabuCM 10Qranit Caka (K) CM 8 Remo FroylerLM 13Rikardo Rodrigez RW 23Cerdan Şakiri LW 20Edimilson Fernandeş CF 9 Haris Seferoviç Əvəzetmələr:MF 17Denis Zakaria MF 14Stiven Züber FW 19Yosip Drmiç MF 7 Noah Okafor Baş məşqçi: Vladimir Petkoviç300px GK 1 Cordan PikfordRB 22Trent Aleksandr-ArnoldCB 12Co QomezCB 6 Harri MequayrLB 3 Denni Rouz CM 4 Erik DayerCM 17Fabian Delf RW 7 Cessi Linqard AM 20Dele AlliLW 10Rahim SterlinqCF 9 Harri Keyn (K) Əvəzetmələr:DF 2 Kayl Uolker FW 21Kallum Vilson FW 11Ceydon Sanço MF 18Ross Barkli Baş məşqçi: Qaret Sautqeyt Matçın adamı: Cordan Pikford (İngiltərə)

Köməkçi hakimlər: Oktavian Șovre (Rumıniya) Sebastian George (Rumıniya) Dördüncü hakim: Anastasios Sidiropoulos (Yunanıstan) Video köməkçi hakim: Maykl Fabbri (İtaliya)

Final

GK 1 Rui PatrisioRB 20Nelson SemedoCB 4 Ruben DiaşCB 6 Joze FonteLB 5 Rafael GerreyroCM 13Danilo PereyraCM 14Villiam Karvalyo CM 16Bruno Fernandes RF 7 Kristiano Ronaldo (K)CF 17Qonçalo Quedeş LF 10Bernardo SilvaƏvəzetmələr:MF 15Rafa Silva MF 8 Joao Moutinyo MF 18Ruben Neveş Baş məşqçi: Fernando Santos300px GK 1 Yasper SilesenRB 22Denzel Dumfrays CB 3 Matteys de LiqtCB 4 Vircil van Dayk (K)LB 17Deyli BlindCM 15Marten de Ron CM 21Frenki de YonqCM 8 Jorjinyo ViynaldumRW 7 Stiven Berxveyn CF 10Memfis DepayLW 9 Rayn Babel Əvəzetmələr:FW 11Kvinsi Promes MF 20Donni van de Bek FW 19Luk de Yong Baş məşqçi: Ronald Kuman Matçın adamı: Ruben Diaş (Portuqaliya)

Köməkçi hakimlər: Roberto Alonso Fernandez (İspaniya) Xuan Yuste Ximenes (İspaniya) Dördüncü hakim: Antonio Mateu Laos (İspaniya) Beşinci hakim: Raul Kabanero Martinez (İspaniya) Video köməkçi hakim: Alexandro Xose Hernandez İspaniya)

Statistika

Bombardirlər 4 oyunda 9 qol olmaqla, matç başına ortalama 2,25 qol atıldı.

3 qol

Kristiano Ronaldo

1 qol

Markus Reşford Matteys de Liqt Kvinsi Promes Qonçalo Quedeş Rikardo Rodrigez

1 avtoqol

Kayl Uolker

Mükafatlar Fəxri komanda Turnirin fəxri komandası UEFA tərəfindən hazırlanmışdır. 11-likdə finallarda iştirak edən 4 komandanın hərəsindən azı 1 oyunçunun adı var. Qapıçı Müdafiəçilər Yarımmüdafiəçilər Hücumçular Cordan Pikford Deyli Blind Vircil van Dayk Ruben Diaş Nelson Semedo Frenki de Yonq Jorjinyo Viynaldum Bruno Fernandes Kristiano Ronaldo Bernardo Silva Cerdan Şakiri

Ən yaxşı oyunçu UEFA tərəfindən turnirin ən yaxşı oyunçusu Portuqaliyalı Bernardo Silva seçildi.

Ən yaxşı gənc oyunçu SOCAR-ın təqdim etdiyi turnirin ən yaxşı gənc oyunçu mükafatına 23 yaşa qədər futbolçular seçilə bilərdi. Bu titula Niderlandlı futbolçu Frenki de Yonq sahib oldu.

Ən gözəl qol Turnirin ən gözəl qolu onlayn olaraq azarkeşlər tərəfindən seçildi. Verilən 4 qolun arasında azarkeşlər Ronaldonun qolunu daha baxımlı hesab etdi. Turnirin ən gözəl qoluOyunçuRəqibHesabMərhələ Kristiano Ronaldo2–1Yarı Final

Pul mükafatı 2018-ci ilin oktyabr ayında UEFA komandalara veriləcək pul mükafatının məbləğlərini açıqladı. Ümumiyyətlə, UEFA Millətlər Liqasının A diviziyasında iştirak edən 12 assosiasiyaya 2,25 milyon € verilir. Finallarda iştirak edən 4 komandanın hərəsinə bir daha 2,25 milyon € dəyərində pul mükafatı təqdim edilir.

Bundan əlavə, finallarda iştirak edən klubların tutduqları yerlərə görə yenə pul verilir: Çempion: 6 milyon € İkinci yer: 4,5 milyon € Üçüncü yer: 3,5 milyon € Dördüncü yer: 2,5 milyon €

Belə çıxır ki, turnirin qalibi olan klub toplam 10,5 milyon avronun sahibi olur.

İstinadlar

Xarici keçidlər

2019 UEFA Millətlər Liqası Finalları, UEFA.com

Kateqoriya:UEFA Millətlər Liqası Kateqoriya:UEFA Millətlər Liqası 2018/2019 Kateqoriya:2018/2019 mövsümündə Portuqaliyada futbol Kateqoriya:Portuqaliyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:2018/2019 mövsümündə Niderlandda futbol Kateqoriya:2018/2019 mövsümündə İngiltərədə futbol Kateqoriya:2018/2019 mövsümündə İsveçrədə futbol