Zaur Həsənov () — kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru.
Təhsili Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür.
Əmək fəaliyyəti 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir.
Mükafatları 2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Əsərləri 256 adda elmi əsərin o, cümlədən aşağıdakı kitabların müəllifi və həmmüəllifidir. Meyvə bitkilərində məhsuldarlığın yüksəldilməsinin bioloji əsasları, Kirovabad, 1973 Subtropik meyvə bitkiləri. I hissə. Kirovabad, 1983 Subtropik meyvə bitkiləri. I1 hissə. Kirovabad, 1984 Qərzəkli meyvə bitkiləri. Kirovabad, 1987 Şərq xirniyi (formavermə və budama). Kirovabad, 1999 Meyvə və tərəvəz bitkiləri, Bakı, 2000 (C. M. Əliyev, V. Q. Qasımov ilə birgə) Meyvə bitkilərinin çoxaldılması., Gəncə: AİM, 2006 Subtropik bitkilər, Bakı, 2001 (Abbasov Q. C., Y. V. Süleymanova ilə birgə) Meyvə bitkilərinin çoxaldılması., Gəncə: AİM, 2006 Pomoterapiya. Gəncə, 2007 Bağban nəyi bilməlidir. 2009 (İ. H. Cəfərov, F. A. Ağayev, Y. V. Süleymanova ilə birgə) Meyvəçilik, Bakı, 2007; 2011 (C. M. Əliyev ilə birgə) Meyvəçilik (laborator-praktikum), 2011 Хурма восточная (D.kaki L.), (monoqrafiya), Bakı: MBM, 2012 Субтропические культуры, Баку, 2013 (А. Микеладзе, Р. Копалиани, Е. Сулейманова ilə birgə) Экология субтропических растений, Кутаиси, 2016, (М. Харебава А. Микеладзе, Р. Копалиани, Ш. Капанадзе ilə birgə) Meyvələrlə müalicə, B., Şərq-qərb, 2017 Цитрусоводство, Кутаиси, 2018 (Р. Копалиани А. Микеладзе Ш. Капанадзе ilə birgə)
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan aqronomları Kateqoriya:Kənd təsərrüfatı elmləri doktorları