Orhei Milli Parkı () — Moldovanın mərkəzində yerləşən milli park. Park Kişinyov şəhərindən 46 km şimalda yerləşir. Milli parka ən yaxın şəhər Orheivadır.
Ümumi məlumat Park Kodrı yüksəkliyində yerləşir. Milli parkın ümumi sahəsi 33792, 09 hektardır. Bu Moldova Respublikası ərazisinin 1 % -ni təşkil edir. Park landşaftı təpəlikdir. Qismən meşələrlə örtülüdür. Meşələrin ümumi sahəsi 18 551 hektardır. Ərazidə vadilər və yarağanlar üstünlük təşkil edir. Milli park ərazisindən Reut çayı keçirMarina Miron, Viorel Miron, Alexandru Catalogul meșteșugurilor practicate on arealul Parcului Naţional "Orhei" Chișinău. UNDP Moldova.
Milli park dörd rayonun ərazisində yerləşir: Orheivski, Straşenski, Kalaraşski və Kriulyanski. Ümumən park özündə 18 kommunanın torpaqlarını birləşdirir.
Milli parkın ərazisində 700 növ bitki, 109 quş növü və 41 növ məməli qeydə alınmış. 26 növ bitki Moldova Respublikasının Qırmızı Kitabına daxil edilmiş. Nadir fauna növlərindən meşə pişiyini, meşə dələsini, kiçik xallı qartalı, qara çalağanı və gürzəni misal göstərmək olar.
Parkın turizm baxımdan önəmli məkanlarına Trebujen landşaft qoruğu, Kurki monastırı, Siqeneşt landşaft qoruğu, müxtəlif arxeloji abidələr, Qızıl Orda zamanından qalmış şəhər qalıqları və s. daxildir.
Yaranma tarixi Milli parkın yaradılması üçün ilk cəhtlər 1989–1991-ci illərdə baş vermiş. Ancaq bu cəht uğursuz oldu. 2008-ci ildə Moldova Respublikasının Ətraf Mühitin Qorunması Nazirliyinin təşəbbüsü ilə, BMT-nin İnkişaf proqramının və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) maliyyə dəstəyi ilə yenidən park yaradılma ideyyası bərpa olundu. 12 iyul 2013-cü ildə Moldova parlamenti Orhei Milli Parkının yaradılması ilə bağlı qanun qəbul etdi. Məqsəd ərazinin bitki və heyvanat aləminin qorunub saxlanması idi. Milli parkın yaradılmasına qədər Moldova Avropada milli parkın olmadığı yeganə ölkə idi.
İstinadlar
Kateqoriya:Moldova coğrafiyası Kateqoriya:2013-cü ildə yaradılmış qoruq əraziləri