Aleksandr Aleksandroviç Karelin (rus. Алекса́ндр Алекса́ндрович Каре́лин; d. 19 sentyabr 1967, Novosibirsk, SSRİ) — bütün zamanların ən böyük klassik (Yunan-Roma güləşi) güləşçisi hesab olunan keçmiş sovet və rus idmançısı, dövlət və siyasi xadimi, beş çağırış Rusiya Federasiyası Dövlət Dumasının millət vəkili. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvü. SSRİ-nin əməkdar idman ustası (1988), Rusiya Federasiyasının Qəhrəmanı (1996).
Qibtə olunası idman həyatı olan, klassik güləşin əfsanəsi Aleksandrın zəngin titul siyahısına nəzər salaq: 3 dəfə Yay Olimpiya Oyunlarının qalibi (1988, 1992, 1996, çəkisi 130 kq-a qədər), 9 qat dünya çempionu (1989-1991, 1993-1995, 1997-1999), 12 qat Avropa çempionu (1987-1991, 1993- 1996, 1998-2000), Sidneydə keçirilən 2000 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 1988-ci ilin gənclər arasında dünya çempionu; ölkə daxili yarışların - güləş üzrə SSRİ, MDB və Rusiya çempionatlarının 13 dəfə çempionu (1988-2000), 1989-cu il Mütləq Dünya Çempionu Kubokunun qalibi. Dörd dəfə - 1989, 1990, 1992 və 1994-cü illərdə planetin ən yaxşı döyüşçüsü olaraq "Qızıl kəmər" mükafatının sahibi. IV beynəlxalq "Aleksandr Karelin mükafatı" turnirin qalibi (1995). İvan Poddubnı-nın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 6 qat çempionu. Dünyada ilin ən yaxşı idmançısı və 2 dəfə ən yaxşı rus idmançı seçilən Karelin bütün karyerası ərzində 888 qələbə qazanmış yalnız 2 dəfə döşəyi məğlub halda tərk etmişdir. XX əsrdə dünyanın ən yaxşı 25 idmançısı siyahısına seçilmişdir. 13 il keçirdiyi heç bir döyüşdə uduzmayan Karelinin adı bu kateqoriyada Ginnesin Rekordlar Kitabına daxil edildi. 6 il iştirak etdiyi heç bir döyüşdə rəqibinə 1 xal belə verməyən Karelinlə hətta döyüşməkdən belə imtina edən rəqiblər olmuşdu.
İdman karyerası Başlanğıc Karelin dünyaya gələndə çəkisi 5,5 kq olub. Aleksandr Karelin 13 yaşında (bu vaxt artıq onun boyu 178 sm, çəkisi 78 kq idi) doğma şəhərində - Novosibirskdə idmanla məşğul olmağa başladı. 1981-ci ildə Elektrotexnika İnstitutunun klassik güləş bölməsinə yazılır. Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:1992 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:"Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası) Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2000 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1996 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:Yunan-Roma güləşi üzrə SSRİ çempionları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Rusiyanın olimpiya güləşçiləri Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında güləşçilər