Ceydon Sanço (; ) — ingilis futbolçu.

Həyatı Ceydon Sanço 25 mart 2000-ci ildə İngiltərənin London şəhərində anadan olmuşdur. Valideynləri Trinidad və Tobaqoludur. Uşaqlığı Londonun cənubunda yerləşən Kenninqton bölgəsində keçmişdir.

Klub karyerası

Həvəskar karyerası Ceydon Sanço 7 yaşında olarkən "Uotford" komandasında həvəskar karyerasına başlamışdır. 14 yaşında olarkən 2015-ci ilin mart ayında 66000 funt-sterlinq qarşılığında "Mançester Siti" klubuna transfer olunmuşdur. 2017-ci ilin iyul ayında "Mançester Siti"nin yeni mövsüm öncəsi təlim-məşq prosesinə dəvət olunmuşdur.

Borussiya Dortmund 31 avqust 2017-ci ildə 8 milyon funt-sterlinqlik məbləğlə Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunmuşdur. Yeni klubunda ilk oyununa 21 oktyabr 2017-ci ildə "Ayntraxt Frankfurt" komandası ilə baş tutan qarşılaşmada çıxmışdır. Matçın başa çatmasına 6 dəqiqə qalmış oyuna girən Sanço, "Borussiya Dortmund" forması ilə "BundesLiqa"da oynayan ilk ingilis futbolçu olmuşdur. 14 yanvar 2018-ci ildə isə "Volfsburq" klubu ilə oyuna start heyətində başlamışdır. 21 aprel 2018-ci ildə "Bayer Leverkuzen" komandasına vurduğu qol Sançonun yeni klubunda rəsmi oyunlarda vurduğu ilk qol idi. Klubu ilə 2022-ci ildə müddəti bitəcək olan yeni müqavilə imzalamışdır. "BundesLiqa"da 2018-ci ildə "oktyabr ayının oyunçusu" seçilmişdir.

Milli komanda karyerası 2018–2019-cu illər mövsümünün əvvəlində Sanço ilk dəfə İngiltərə millisinin UEFA Millətlər Liqasında Xorvatiya və İspaniya milli komandaları ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə daxil edilmişdir. 12 oktyabr 2018-ci ildə Xorvatiya millisə ilə oynanan qarşılaşmanın 78-ci dəqiqəsində oyuna girərək İngiltərə milli komandasının formasını ilk dəfə geyinmişdir.

Uğurları : İngiltərə U17

FIFA 17 Yaş Altı Dünya Kuboku: 2017 Avropa 17 Yaş Altı Futbol Çempionatının ikincisi: 2017 İngiltərə

UEFA Uluslar Liqi üçüncülük: 2018–19

EURO 2020 Avropa Çempionatı ikincilik — 2020–2021

İstinadlar

Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Borussiya Dortmund II FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Aston Villa FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri