() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yaponiyada və Kuril adalarında yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 8–10 m-ə çatan, qırmızı-boz budaqlı iri koldur. Qabığı boz, hamar olub, çatlamır. Gözəl, yaşıl yarpaqları yumru formalı,7–11 dilimlidir, kənarları dişli, diametri 8–15 sm, saplaqlıdır. Saplaqları tüklü, uzunluğu 3–5 sm-dir. Payızda yarpaqları sarı, narıncı-al qırmızı rəng alır. Çiçəkləri al qırmızı rəngli, diametri 1,5 sm-ə qədər olub, 15–20 ədəd olmaqla sallaq hamaş çiçək qrupuna yığılmışdır. Cavan qanadcıqları tüklü olur, sonradan çılpaqlaşır. Aprel ayında yarpaqlardan əvvəl çiçəkləyir. Qanadcıqların uzunluğu 3 sm, çox vaxt tüklü, yarpaqların üzərində sallaq formada olur. Mədəni şəraitdə toxumlarla və ya calaqla çoxaldılır.

Ekologiyası Qışa davamlı, isti və rütubətsevəndir.

Azərbaycanda yayılması Respublikamızın bir çox bölgələrində, park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Yaşıllaşdırma üçün çox qiymətli olub, ön planda tək və qrup əkinlərində istifadə edilir.

Sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Yaponiya ağacları Kateqoriya:Koreya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:25–29 ID olan Taksonbar