Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib.
Həyatı Şirvanda doğulmuşdur.
Yaradıcılığı Bir sıra əsərin müəllifidir:
Töhfəyi Muradi "Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır.
Tərcümeyi Tarixi ibn Kəsir Mahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur.
Digər əsərləri Kəhhalnaməyi Nuril Uyun — tibbə aiddir. Xəridətül - Əcaib və Fəridətül - Ğəraib (müəllif: Ömər ibnül-Vərdi) — tərcümə. Məsalikül-Məmalik (müəllif: əl-İstəxri) — tərcümə.
Ölümü Mahmud Şirvaninin ölüm tarixi dəqiq məlum olmasa da 1439-cu ildən sonraya təsadüf etdiyi bilinir.
Mənbə Elnur Nəsirov — Orta əsrlərdə yaşamış azərbaycanlı alimlər, Bakı, 2011 Tuhfe-i Murâdî (Cevhernâme) Muhammed Şîrvânî
Kateqoriya:Azərbaycan həkimləri