Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir.
Həyatı Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub.
1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır.
1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən İnformasiya mərkəzinin rəhbəri idi. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. Hazırda yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir.
2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən" (A. E. Məhərrəmli ilə müştərək), "Azərbaycan tarixinin bir əsrlik salnaməsi" adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb. Bir sıra əsərlərin elmi redaktorudur.
1982–2008-ci illərdə – Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Bakı İslam Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı, 2 №-li Bakı Tibb Məktəbi, 17 saylı orta ümumtəhsil məktəbi, Məktəbəqədər tərbiyə məktəbində tədris fəaliyyəti ilə də məşğul olub.Elmar Məhərrəmov — AMEA A. A. Bakıxanov adına Tarix institutunun rəsmi veb saytı (tarixinstitutu.az)
Kitabları və monoqrafiyaları Становление и развитие газеты "Коммунист" (на азерб. языке) 1920–1928 г.: К 80-летию газеты /АН Азерб., Ин-т Истории им. А.Бакиханова, Ин-т Археологии и Этнографии. Монография. Б.: Элм, 2000. 84 s.; Azərbaycan Respublikasının dövlət rəmzləri. Kitab. Bakı, Ağrıdağ, 2000, 40 s. 2,5 ç.v. (Akademik İ. H. Əliyev); Газета "Коммунист" и вопросы восстановления сельского хозяйства Азербайджанской ССР. Монография. Баку, Nurlan, 2004, 344 с. 21,5 ç.v. Azərbaycan Respublikasının dövlət rəmzləri. Yenidən işlənilmiş nəşri. Kitab. Bakı, Nurlan, 2008. 56 s. Akad. İ. H. Əliyev "Xalq qəzeti"nin ("Kommunist") yaranması və inkişafı tarixindən. Nəşrinin 90 illiyi münasibətilə. Monoqrafiya. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2009. 88 s. (Məhərrəmli A. E.) Bakı komsomolunun tarixi (rusca). Bakı, Elm, 1983 (Y. Ələsgərov və b.). Vətəndaş cəmiyyəti və demokratiyanın əsasları. Kitab. Bakı: 1998, Həmmüəllif, — 1.7 ç. v. История древнего мира. Пособие для абитуриентов. Баку: 2000, 54 с. 3,38 п.л. (Р.Меликов). История средних веков. Пособие для абитуриентов. Баку: 2000, 104 с. 6,5 п.л. (Р.Меликов). Новая история. Пособие для абитуриентов. Баку: 2001, 120 с. 7,5 п.л. (Р.Меликов). Yeni tarix, 9-cu sinif üçün dərs vəsaiti. Dərs vəsaiti. Bakı: Çıraq, 2001, 250 s. 15,62 ç.v. (T. Mustafazadə, Q. Əliyev, R. Aslanov, H. Həsənov) Исторические факты о деяниях армян на азербайджанской земле. Коллективная монография. Баку: Nurlan, 2003. 208 с. Исторические факты о деяниях армян на азербайджанской земле. Коллективная монография. Доработанное второе издание. Бишкек: Мегамедиа – 2009. 432 c. Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Коллективная монография. Bakı, Turxan, 2013, 424 s. Губатли: Древняя Азербайджанская земля – ворота Зангезура. Коллективная монография. Bakı, Turxan, 2013 Gubatli Ancient Azerbaijani land – Zangazur gate. Коллективная монография. Bakı, Turxan, 2013 Azərbaycan Respublikası Milli Atlası. Bakı: bxf 2014, 444 s. Azərbaycan Respublikasının tarixi (1991–2016). Fotokitab. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, 280 s. Azərbaycan tarixinin bir əsrlik salnaməsi. "İdeal-Print" MMC, Bakı: 2021. - 116 s.
Xarici keçidlər Elmar Məhərrəmov (tarixinstitutu.az)
İstinadlar Kateqoriya:Zəngəzurda doğulanlar