Corc Abramoviç Koval (, , Jorj Abramoviç Koval; ) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb.

Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstitutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü. İkinci Dünya müharibəsindən sonra isə silahlı qüvvələrdən qovuldu. 1948-ci ildə ölkədən bir daha geri qayıtmamaq üzrə ayrılıb. Kovalın casusluq fəaliyyətlərinin üstünün açılması isə 2002-ci ildə baş tutdu.

2007-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Corc Kovala "xüsusi vəzifələrdə nümayiş etdirdiyi cəsarət və qəhrəmanlıq" fəaliyyətinə görə Rusiya Federasiyasının Qəhrəmanı adı verilmişdir.

İlk illəri Corc Kovalın atası Abram Koval 1910-cu ildə doğulduğu Telexanı tərk edərək Amerika Birləşmiş Ştatlarının Ayova ştatının, Su-Siti şəhərində məskunlaşaraq dülgərlik etməyə başlayıb. Həyat yoldaşı Etel Şenitski Kovalla birlikdə İsa, Corc və Qabriel adlarında üç oğlunu böyütmüşdür.

Mərkəz Liseyində təhsil alan Corc Koval qonşularının dediyinə görə kommunist ideyalarından açıq şəkildə danışırdı. O, Mərkəz Liseyində təhsilinə davam edərkən uğurlu tələbələrdən ibarət olan Fəxri Cəmiyyətin və debat komandasının üzvü idi. O, 1929-cu ildə 15 yaşında liseydən məzun oldu. Bu müddət ərzində Böyük böhran dərinləşdiyindən ailəsi Su-Sitidən ayrılıb. Abram Koval Sovet İttifaqında Yəhudi Müstəmləkəçiliyi Təşkilatının katibi olub. Koval ailəsi 1932-ci ildə yəhudilərin çoxluqda yaşaması səbəbilə Amerika Birləşmiş Ştatları ailə pasportu ilə səyahət edərək Birobicana köç etdi.

Koval ailəsi, kollektiv bir fermada işlədi. Pol Novik, Nyu-Yorkda dərc olunan kommunist fikirləri ilə məşhur olan yerli bir qəzetdə yer alan Koval ailəsinin başlıq olduğu məqalədə, ailənin "kiçik tacirlik qeyri-müəyyənliyini geridə qoyub, özləri və uşaqları üçün narahatsızlıqdan uzaq bir həyata üstünlük verdiyini" yazmışdır.Valş 2009, səh. 43. İstifadə tarixi: 2 may, 2019 Corc Koval özünün rus dili bacarıqlarını inkişaf etdirdi və 1934-cü ildə Rusiya Kimya Texnologiyası Universitetində oxumağa başladı. Universitetdə tanış olduğu Lüdmila İvanova ilə daha sonra zamanda evləndi. Beş il sonra məzun olan Koval Sovet vətəndaşlığı aldı. Uğurlu bir tələbə olduğu qəbul edildi və imtahansız doktorantura oxumasına icazə verildi.Taşpınar, Suat (4 oktyabr 2007). "Denizden gelen casus ". Radikal Qəzeti. İstifadə tarixi: 22 sentyabr 2017.

Fəaliyyət və casusluq thumb|Corc Kovalın da işlədiyi Oak Ridge şəhərindəki uran zənginləşdirmə təsisindəki "Calutron qızları" adlandırılan işçilər.Robert Meeropol (17 noyabr, 2007), The Case of the Rosenbergs: Their Sons' View, The New York Times. İstifadə tarixi: 2 may, 2019

Universitetdən məzun olduqdan sonra Sovet Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən işə qəbul olundu. Diplomunu aldığı zaman casusluq vəzifəsinin hissəsi olan bir əmr altında Moskvanı tərk etdi. 1939-cu ildə, birdən-birə ortadan yox olduğunu açıqlamaq üçün Qızıl Orduya hərbi xidmətə çağırıldı. Ailəsinin Amerika Birləşmiş Ştatları ailə pasportundan imtina etməsinə baxmayaraq Koval 1940-cı ildə qeyri-qanuni yollar ilə Amerika Birləşmiş Ştatlarına bir casus kimi qayıtdı. Kod adı Delmar olaraq müəyyənləşdirildi.Doyle, Leonard (13 oktyabr 2007). "US embarrassed as Putin honours spy who came in from the cornfields ". The Independent (İngiliscə). İstifadə tarixi: 21 sentyabr 2017. Əvvəlcə San-Fransiskoya, sonra isə Nyu-Yorka getdi. Koval iş yoldaşlarına Nyu-Yorklu olduğunu və ailənin yeganə uşağı olduğunu dedi.Soldatov, Andrei. "The Soviet Atomic Spy Who Asked for a U. S. Pension" (İngiliscə). The Daily Beast. 22 mart 2017 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 21 sentyabr 2017. Kovalın kimyəvi silahlarda istifadə ediləcək toksinlər haqqında məlumat toplayarkən taxma adla çalışması planlaşdırsa da, sonrakı dövrdə işlədiyi yer rəhbərləri əsl adı ilə işləməsinə qərar verdilər.Broad, William J. (12 oktyabr 2007). "A Spy's Path: Iowa to A-Bomb to Kremlin Honor ". The New York Times (İngiliscə). İstifadə tarixi: 22 sentyabr 2017

İkinci Dünya müharibəsinin əvvəllərinə təsadüf edən sentyabr 1940-cı ildə, ABŞ Prezidenti Franklin D. Ruzvelt məcburi hərbi xidmətə dair bir bəyanat verdi. Bu hadisələrdən sonra, Koval 2 yanvar 1942-ci ildə rəsmi olaraq Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri tərkibinə girdi. Reyvn Elektrik Şirkətinin rəhbərliyi, onun hərbi vəzifəsini bir il müddətinə 1942-ci il fevral ayına qədər müvəqqəti olaraq hərbi xidmətdən azad edildi. Bu müddət ərzində Baş Kəşfiyyat İdarəsinin rəhbərləri kimyəvi silahlarla bağlı məlumatları bir an əvvəl Sovet İttifaqına verilməsinin zəruri olduğunu, məcburi hərbi xidmət azad olunması üçün verildiyi vaxt bitdiyi təqdirdə bunu edə bilməyəcəyini bildirdi. Müvəqqəti azad olunma başa çatdıqdan sonra Koval Amerika Birləşmiş Ştatları Ordusunda yenidən çağırıldı.Righter, Rosemary (31 iyun 2002). "The nuclear guinea pigs". 16 iyun 2007 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 13 avqust 2016. Nyu-Cersidəki Fort Diksdə əsas hərbi təhsilini almasının ardından Çarlston Qalasına sövq edildi və buradakı 3410-cu Xüsusi Təhsil və Vəzifə Vahidində əsgər olaraq fəaliyyət göstərdi. 11 avqust 1943-cü ildə, istedadlı seçicilərə təhsil və texniki təhsil vermək üçün 1942-ci ilin dekabrında qurulan bir məntəqə olan Ordu İxtisas Təhsil Proqramına köçürüldü.Valş 2009, səh. 44. İstifadə tarixi: 2 may, 2019 Koval Nyu-York Şəhər Kollecinə girərək elektrik mühəndisliyi oxudu. Bu dövrdəki sinif yoldaşları Kovala "tapşırıqlarını həll etməyən zəif tələbə" olaraq baxdıqlarını, Sovet təhsili və həyat yoldaşı haqqında heç nə bilmədiklərini ifadə etmişlər. Kollec dövründən olan dostları da siyasət və Sovet İttifaqı haqqında birlikdə heç mübahisə etmədiklərini də bildirmişlər.

Atomla bağlı gizli sirləri thumb|243x243px|Hazırda Moskva Politexnik Muzeyində olan ilk Sovet nüvə silah modeli RDS-1. Kovalın verdiyi məlumatlar sayəsində Sovet İttifaqı RDS-1-i daha tez sınamaq şansı əldə etmişdir. Müharibənin Antihitler koalisiyasının xeyrinə ilərləməsi ilə birlikdə İxtisas Təhsil Proqramı 1944-cü ilin əvvəllərində dayandırıldı və Nyu-York Şəhər Kollecində sinif yoldaşlarının çoxu piyada olaraq xidmət göstərərkən, Koval ilə bir sinif yoldaşı Xüsusi Mühəndis Falanqa İttifaqına seçilmişdi. Bu prosesdə Amerika Birləşmiş Ştatları, Kanada və Birləşmiş Krallıq tərəfindən atom bombası hazırlamaq, mühəndisliyini və emalını həyata keçirmək məqsədilə birgə qurduğu gizli Manhetten layihəsində işləmək tapşırıldı. Tennessidəki Ok-Ridceyə təyin edildi. O vaxt layihədə vəzifə alan elm insanları, zənginləşdirilmiş uranium və plutonium əsaslı bombaları araşdırırdılar. Ok-Ridcdəki laboratoriyalar, hər ikisinin inkişaf mərkəzi oldu. Layihə, insan ehtiyatlarının çatışmazlığı səbəbindən pisə getdi və ordudan texniki olaraq xüsusi bacarıqlı adamlar tələb olundu.

Koval Ok-Ridcdəki bir çox məsələyə xüsusi giriş hüququna malik idi. Sonradan səhiyyə fizika zabiti olub, müəssisədəki radiasiya səviyyələrini müşahidə etməklə məşğul idi. Federal Təhqiqat Bürosunun (FBI) qeydlərinə görə, iş, Kovala çox gizli bir təhlükəsizlik icazəsi verdi. O vaxtlar layihədəki elm insanları reaktordan istehsal olunan plutoniumun qarşıya qoyulan bomba layihələri üçün çox qərarsız olduğunu və lazım olan zəncirvari reaksiyaların meydana gəlməsi üçün polonium katalizatorlarına ehtiyac duyulduğunu kəşf etdilər. Koval özünü bu vəzifəyə tapşıranlar tərəfindən Ok-Ridcdəki polonium tədarükünü izləməklə əldə etdiyi məlumatları "Klayd" adlı bir Sovet əlaqəçisi vasitəsilə ötürüb. Əldə etdiyi məlumatlar; Kodlanmış mesajlar, kuryerlər və Sovet Səfirliyi vasitəsilə Moskvaya çatdırıldı.Valş 2009, səh. 45. İstifadə tarixi: 2 may, 2019

Koval vəzifəsi artırılaraq, 27 iyun 1945-ci ildə Ok-Ridcdəki polonium katalizatorlarının emal edildiyi bir yer olan Dayton layihəsi çərçivəsində toplanan gizli bir laboratoriyaya göndərildi. Dünyanın ilk atom bombası həmin ilin 16 iyul günü Nyu-Meksikoda partladıldı. Atom bombalarının 6 avqust və 9 avqust tarixlərində Yaponiyaya atılmasından sonra Yaponiya təslim oldu və İkinci Dünya müharibəsi başa çatdı. Sovet İttifaqı, öz atom bombasını inkişaf etdirmək istiqamətində səylərini artırdı. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Sovet İttifaqının, 1950–1953-cü illərə qədər uğurlu olmayacağını təxmin edərkən 29 avqust 1949-cu ildə ilk Sovet RDS-1 atom bombasının sınağı həyata keçirildi. Sovet hərbi rəsmilərinə görə, hərbi kəşfiyyat agenti "Delmar Koval" tərəfindən hazırlanan "tarif", hazırlanan plutoniumun katalizatoru rolunu oynadı. Kovalın informasiya təminatı Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti dəfələrlə azaldıb.

Sovet atom bombası layihəsinin bir hissəsi kimi gizli araşdırma və təkmilləşdirmələrdən sonra, Qazaxıstan Sovet Sosialist Respublikasının Semipalatinsk test sahəsində həyata keçirilən partlayış, amerikalılar tərəfindən İosif Stalinə həsr olunmuş "Co" kod adı ilə anıldı.Kjelstrup, Christian (11 avqust 2013). "Dette er stedet der Sovjet testet atombombene sine". Dagens Næringsliv. 14 avqust 2013 tarixində bu mənbədən arxivlənib. İstifadə tarixi: 13 avqust 2016.

Müharibədən sonrakı illərdə Koval İkinci Dünya müharibəsindən sonra silahlı qüvvələrdən qovuldu. Nyu-York Şəhər Kollecinə qayıdaraq bakalavr təhsilini 1 fevral 1948-ci ildə elektrik mühəndisliyi fakültəsini tamamladı. Dostlarına Polşa və ya İsrailə səyahət etməyi düşündüyünü deyən Corc Koval altı ay ərzində Avropa səyahəti üçün pasport hazırlayıb. rus Qəzetinə görə Kovalın Amerika Birləşmiş Ştatlarından ayrılmasının səbəbi qarşı kəşfiyyat agentlərinin bir Sovet yığıncağından sonra, Kovalın ailəsinin Sovet keçmişinə dair məlumatları kəşf etməsi olmuşdur. oktyabr 1948-ci ildə dəniz yolu ilə Amerika Birləşmiş Ştatlarından ayrıldı və ölkəyə bir daha qayıtmadı. Təhsil və tədqiqat vəzifələrini rədd edən Corc Koval sonradan Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) əlaqə bölməsinə müraciət edərək D. Mendeleyev Rusiya Kimya Texnologiyası Universitetinin laboratoriya assistentliyi vəzifəsini yerinə yetirdi.Valş 2009, səh. 46. İstifadə tarixi: 2 may, 2019 Sonra burada müəllimliyə başladı. 1949-cu ildə Qızıl Ordudakı vəzifəsindən ayrılıb D. Mendeleyev Rusiya Kimya Texnologiya Universitetinə qayıdandan sonra bir alim olaraq həyatını davam etdirdi. Universitetdə tədqiqatlar aparmağa başladı və iki il sonra tezisini təqdim edib. 1953-cü ildən etibarən dosent olaraq təxminən 40 il akademik olaraq dərslər verdi.

1999-cu ildə Rusiyadaki evində yaşayarkən, Amerika Birləşmiş Ştatlarının İkinci Dünya müharibəsi veteranlarına sosial təhlükəsizlik təqaüdü edəcəyini eşitdi. Müraciət edən Corc Koval 2000-ci ildə İctimai Təhlükəsizlik Mərkəzi Təhlükəsizlik Ofisi "Sizə təqaüd yardımı almağa layiq görülmədiyinizi demək üçün yazırıq" yazılı tək cümləlik məktub aldı.