Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper.

Həyatı Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992–2003-cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007–2008-ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur.

Karyera Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur. 2005-ci ildə "Klan-A-Plan" qrupu yaradılıb və bu qrupun üzvü olub. "Klan-A-Plan" qrupu öz fəliyyətini 2012-ci ildə dayandırmışdır. 2007–2010-cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırmışdır. 2010-cu ildə "Klan-A-Plan" qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010–2012-ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirmişdir. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanmışdır. Məşhur mahnıları "Rəqs edir hər kəs", "Tapın Onu" , "Tək-tək" , "Apar məni", "Kayfla yaşa " , "Tar " , "İlk öpüsh " , "Babat-babat " , "Bana-Bana" , "Dincəleyşin" , " Sənin olsun", :Qara-qara" və.s . Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər vermişdir. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutmuşdur – 6000 (altı min) dinləyici iştrak etmişdir. Şəxsi Youtube kanalında 60 000 000-dan çox izlənməsi vardır.

Diskoqrafiya İNŞALLAH 2002 İntro Allahım Hörmətli feat.Vahid Qədim Atalar Sözü (feat Mc Rain) Yalançı feat. Boz Azmış Şəhər feat. Sitarə Azərilər Ayrılıq Küçə (skit) Vecimə Deyil feat . Boz Pul Məndə feat. Miri Yusif. Dəyirman Gecdi feat. Boz Bəs Niyə? İNŞALLAH feat. Miri Yusif, L-mir

İstinadlar 1. Qurd izləyicilərini +18 klipi ilə şoka saldı (VİDEO)

Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Azərbaycan musiqiçiləri