Kriptosporlar — ölçüləri <200 μ fossil spor və sporabənzər mikrofosillər. Kriptosporlar izosporlar, həqiqi mikrosporlar, xırda meqasporlar, mikrosporlar yaxud toxumlu ayıdöşəyilərinin tozcuqları daxildirlər. Kriptosporlar müxtəlif funksiyalar daşıyan sporları fərqləndirmək üçün işlənilən sərbəst termindir.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Paleobotanika Kateqoriya:Palinologiya