Mixail Mixailoviç Dyakonov (); ) — Sovet şərqşünası, arxeoloqu. Tarix elmləri doktoru(1946), professor (1949), Tacikistan SSR əməkdar elm xadimi (1951), SSRİ Yazıçılar ittifaqının üzvü, İqor Dyakonovun qardaşı.
Həyatı Mixail Mixailoviç Dyakonov 25 iyun 1907-ci ildə Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində anadan olmuşdu. Oslo Universitetində oxumuşdu (1924–1926). Sonra Sankt-Peterburq Dövlət Universitetinin dil və maddi mədəniyyət fakültəsini bitirmişdi (1930).
Mixail Dyakonov 1953-cü ildə Tacik arxeoloji ekpedisiyasına rəhbərlik etmişdi.
Mixail Dyakonov Gurganini, Nizamini və Firdovsini fars dilindən rus dilinə çevirmişdi.
Mixail Dyakonov 8 iyun 1954-cü ildə SSRİnin paytaxtı Moskva şəhərində vəfat edib.
Əsas əsərləri Фердоуси: Жизнь и творчество. М.; Л., 1940; У истоков древней культуры Таджикистана. Сталинабад, 1956; Очерк истории древнего Ирана. М., 1961; Избранные переводы. М., 1985 (совм. с И. М. Дьяконовым).
Təltifləri "Şərəf nişanı" ordeni — 1953
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:Asiyanın tədqiqatçıları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:SSRİ dilçiləri