Akira Matsunaqa (; ) — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru.
Həyat və fəaliyyəti Akira Matsunaqa 1960-cı ildə Yaponiyanın Kavasaki şəhərində anadan olmuşdur. O, Keyo Universitetinin Ədəbiyyat və Şərqşünaslıq fakültəsini bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktoru (Ph.D) və Beynəlxalq Layihə Planlaşdırma və İnkişaf üzrə Sasakava Sülh Fondunun üzvüdür. Matsunaqa Bakı Avrasiya Universitetinin və Təfəkkür Universitetinin fəxri professoru və Əl-Farabi Universitetinin qonaq professorudur. Onun tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlıdır.
Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır.
Kitabları Müasir Yapon və Türk dünyası () (Keiso Press). Tokio: Keiso Shobo, 1999. Azərbaycan dilinin qrammatikası (). Tokio: Daigaku Shorin, 1999. Ayaz İshakî and the Turko-Tatars in the Far East // The Rising Sun and the Turkish Crescent, İstanbul: Boğaziçi Yayınları, 2000, s. 197–215. Ayaz İshaki və uzaq şərqdəki Tatar Türkləri. Bakı: Sabah, 2004. Çin-Yapon müharibəsi və İslam (). Tokio: Keyo Universitetinin Nəşriyyatı, 2008. Yaponiyada tatarlar (). Tokio: Toyo Shoten, 2009. Müxtəsər Yaponca-Azərbaycanca, Azərbaycanca-Yaponca qısa lüğət (). Tokio: Gaigakushorin, 2009.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya alimləri