Qurban Məmiş oğlu Abbasov () — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1981).

Həyatı Qurban Abbasov 2 yanvar 1944-cü ildə Ermənistan SSR-in Qarabağlar rayonun Aşağı Qarabağlar kəndində dünyaya gəlmişdir. O, 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilib və 1968–1998-ci illərdə yaradıcılığı ancaq bu kollektivlə bağlı olub.

Qurban Abbasov sadə dramatik rollarda, tipik-xarakterik personajların ifasında daha çox uğur qazanırdı. Lirik-psixoloji və həmçinin romantik səciyyəli qəhrəman rolları da olmuşdur.

Qurban Abbasov 5 dekabr 1998-ci ildə Gəncə şəhərində vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 dekabr 1981

İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev Fərhad Anaların divanı İslam İbrahimov Yusif İdris Yaşar Cəfər Cabbarlı Toğrul Solğun çiçəklər Cəfər Cabbarlı Qurban Oqtay Eloğlu Cəfər Cabbarlı Aslan bəy Xanımın əxlaq dərsi Qabriel Zapolskaya Zbışko Şərqin səhəri Ənvər Məmmədxanlı Cavanşir bəy Küləklər Sabit Rəhman Əlibala Aygün diyarı Mustay Kərim Kənar adam Böyük ürək İmran QasımovHəsən Seyidbəyli Rüstəm Mezozoy əhvalatı Maqsud İbrahimbəyov Zaur Araba hələ aşmayıb Otia İoseliani Buxuti Qaçaq Nəbi Süleyman Rüstəm Mehdi Yağışdan sonra Bəxtiyar Vahabzadə Cığatay Komsomol poeması İsgəndər Coşqun Cəlal Qoca Maksim Qorki Pavel III Riçard Uilyam Şekspir Kral IV Eduard Atabəylər Nəriman Həsənzadə Əcəmi Sokratla söhbətlər Edvard Braginski Sokrat Ezop Gilerma Fiqeyredu Ezop Sənsiz Şıxəli Qurbanov Tərlan

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ermənistan azərbaycanlıları