«Serbiya Dəmir Yolları» () — Serbiyada dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşıyan yeganə dəmiryolu daşıyıcısı olan dövlət şirkəti.

Serbiya Dəmir Yolları şirkətinin balansında 4347 kilometrlik Avropa rels standartına uyğun olan dəmir yolu vardır. Yolların 32 % elektrikləşdirilmişdir.

Serbiya dəmir yollarının tarixi 1881-ci ilə aiddir. Bu zaman Serbiya kralı Milan IV Obrenoviç Serbiya Dəmir yollarının təşkili barəsində fərman imzalamışdır. İlk qatarın, 23 avqust 1884-cü ildə Belqraddan Nişə göndərilməsi şirkətin rəsmi təsis tarixi hesab edilir.

1920-ci illərdən Yuqoslaviyanın süqutuna qədər «Yuqoslaviya dəmir yolları» adı ilə fəaliyyət göstərmişdir. Şirkətin hazırkı rəhbəri Draqolyub Simonoviçdir Dəmir yollarının elektrikləşdirilməsinə 1970-ci ildə başlanılmışdır. Dəmir yolu xətlərinin istiqamətləri Dəmir yolları Serbiyanın dünyanın digər dövətləri, ən əsası isə Avropa dövlətləri ilə əlaqənın mühüm vastələrindən biridir. Əsas dəmir yol şəbəkəsi şimal-qərbdən cənub-şərqə uzanır: Macarıstanla sərhəddən — Subotisa — Novi-Sad — Belqrad — Lapovo — Niş, sonrakı uzantısı: Niş — Preşevo — Makedoniya sərhəddinə qədər və Niş — Dimitrovqrad — Bolqarıstan sərhəddinə qədər. Bu əsasən istiqamətdən dörd xətt uzanır: Stara-Pazova — Şid — Xorvatiya sərhəddinə qədər Belqrad — Valevo — Ujise — Monteneqro sərhəddinə qədər Belqrad — Pançevo — Vrşas — Rumıniya sərhəddinə qədər Lapovo — Kralevo — Kosovka-Mitrovisa — Kosovo-Pole — Makedoniya sərhəddinə qədər

Belqrad şəhərində Belqrad şəhər ətrafı elektrikli dəmir yolu mövcuddur. Şarqan səkkizliyi adlanan ayrıca ensiz dəmir yolu xətti vardır ki, oda bu şirkətin balansındadır. Turistik məqsədlər üşün istifadə edilən xəttin ümumi uzunluğu 15,5 km-dir.

Depo «Serbiya Dəmir Yolları» şirkətinin vaqon deposuna ЭР31 və Stadler FLIRT elektrikli qatarları, 441, 444 və 461 seriyalı elektrovozlar, Teplovoz EMD 661, 662, 643, 642, 644, 645 və 666 seyialı teplovozlar, 710, 711, 712 və 812/816 seriyalı dizel vaqonları daxildir.

İstinadlar

Mənbə Şirkətin rəsmi saytı

Kateqoriya:Serbiyada dəmiryol nəqliyyatı Kateqoriya:Serbiya şirkətləri