Cahanbəxt Tofiq ( d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır.

Həyatı 1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur.

Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir.

Zahirəddövlə məzarlığında dəfn edilmişdir.

Karyerası 1954-cü ildə Tokio şəhərində keçirilən Dünya Güləş Çempionatında qızıl medal qazanmışdır. Bu qızıl medal İranın güləş üzrə dünya çempionatlarından qazandığı ilk qızıl medaldır. Cahanbəxt Tofiq həmçinin, 1952-ci ildə Helsinki şəhərində keçirilən Olimpiya oyunlarında bürünc medal qazanmışdır. 1958-ci ildə Tokio şəhərində keçirilən Asiya oyunlarında gümüş medal qazanmışdır.

Cahanbəxt dəfələrlə güləş üzrə İran çempionu olmuşdur.

Həmçinin bax

İran azərbaycanlıları İran azərbaycanlılarının siyahısı Oyan Nəzəriani Cəfər Salmasi

İstinadlar

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:1952 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:İran şəxsləri