Tbilisi atəşgahı () – Tbilisi şəhərinin Qədim şəhər ərazisindəki Kldisubani məhəlləsində, Qomi küçəsi, 3 ünvanında yerləşən qədim dini ibadətgah.
2017-ci ildə məbəd milli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Bütün dünyada ən şimalda yerləşən od məbədi olan Tbilisi atəşgahı, həm də Gürcüstan ərazisindəki yeganə od məbədidir.
Dövrümüzdə məbəd yaşayış binaları ilə əhatə olunduğuna görə, giriş çətindir.
Tarixi
Belə ehtimal edilir ki, hazırda Tbilisi atəşgahının yerləşdiyi ərazidə qədim dövrlərdən məbəd yerləşmiş və o, V-VII əsrlərdə farsların ərazidə hakim olduqları dövrdə inşa edilmişdir. 1720-ci ildə məbəd binasında dəyişikliklər edilərək məscidə çevrilmiş, 1735-ci ildə türklərin Tbilisidən qovumasından sonra isə bina dağıdılaraq xarabaya çevrilmişdir.
Sonrakı dövrlərdə binadan məişət məqsədləri üçün istifadə edilmişdir. Tbilisi atəşgahı dövrümüzə xarabalıq şəklində çatmışdır.
2007-ci ildə Norveçin mədəni irsin idarə olunması idarəsinin maddi vəsaiti hesabına bina qalıqlarının möhkəmləndirilməsi işləri həyata keçirilmiş və plastik dam inşa edilmişdir.
İstinadlar
Ədəbiyyat Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — С. 116. — 311 с. — 17 500 экз. Пл. Иоселиани Описание древностей города Тифлиса. Тбилиси, 1871 Xarici keçidlər Атешга Развалины зороастрийского храма огня — Атешга, 1940—1955 Ancient fire-worship temple among Georgia’s sites of national significance
Kateqoriya:Tbilisidəki dini tikililər Kateqoriya:Atəşgahlar Kateqoriya:Qədim Tbilisi Kateqoriya:Sasani memarlığı