Sevgi çiçəyi () — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü.Annales des sciences naturelles. Botanique. Ser.4, T.1:31 (1854)

Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır.Pierre Edmond Boissier. Flora Orientalis T.3: 704 (1875)

Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir.

Qorunması Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi. Sevgi çiçəyi nəsli kəsilməkdə olan bitki növlərinin siyahısına köçürən Başçı Duruaydır.Nesli tehlike altında olan güle özel koruma - 30 Mart, 2019 tarixində istifadə edilmişdir.

İstinadlar

Həmçinin bax Sevgi çiçəyi haqqında sənədli film Ankara Böyükşəhər Bələdiyyəsinin rəsmi səhifəsində Sevgi çiçəyi Sevgi çiçəyi - Türkcə Vikipediya Bitkinin qorunması haqqında sənəd (PDF)

Kateqoriya:Çiçək Kateqoriya:Türkiyə endemikləri Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları