Banska Ştyavnisa (, , ) — Slovakiyanın mərkəzində, Ştyavnisa Vrxi dağ massivinin yaxınlığında yerləşir. Əhalisi 11 min nəfərdir.
Tarixi thumb|200px Banska Ştyavnisada ilk təbii ehtiyatların çıxarılmasına b.e.ə III əsrdə keltlər tərəfindən başlanılmışdır. 1156-ci ildə Banska Ştyavnisa bir şaxtaçı şəhəri olması qeyd edilir. 1217-ci ildə şəhər ətrafında gümüş çıxarılması məlumatı vardır. 1238-ci ildə Banska Ştyavnisa şəhər statusu almışdır. XIII əsrdə Tirol və Saksoniyadan olan kolonistlər tərəfindən məskunlaşılmışdır. 1443-ci ildə şəhər güclü zəlzələ nəticəsində dağılmışdır. XV əsrin ortalarında Yeni və Köhnə Qəsrlər inşa edilir. Bu qəsrlər Osmanlı imperiyasına qarşı möhkəmləndirilmişdir. 1627-ci ildə dünyada ilk dəfə olaraq faydalı qazıntıların çıxarılması məqsədi ilə partlayıcı maddədən istifadəı edilmişdir. 1735-ci ildə Banska Ştyavnisada Macarıstan tarixində ilk dəıfə Dağ mədən məktəbi, 1763-cü ildə Dağ Akademiyası təşkil edilmişdir. 1782-ci ildə Banska Ştyavnisa Macarıstan tarixində Bratislava və Depresendən sonra 3-cü iri şəhər idi.
Hazırda Banska Ştyavnisa özünün sənaye əhəmiyyətini itirmiş və 1993-cü ildən YUNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Görməli yerləri Köhnə qəsr Yeni Qər Kammerxof Müqəddəs Mariya katolik kilsəsi Müqəddəs Yekaterina katolik kilsəsi Lüteran Kirxası Sveti Antan qəsri
Şəxsiyyətlər M S mester — macar və ya alman rəssamı 1500 və 1510-cu illərdə fəaliyyət göstrərmişdir). Maqda Varşariova. Olqa Qrabar — ictimai xadim. Samuil Mikovini (1700—1750) — tanınımış riyaziyyatçı, mühəndis, kartoqraf, professor. Pattantyoş Abraxan Qeza (1885—1956) — macar alim, maşınqayırma mühəndisi. Pedaqoq, professor, texniki elmlır doktoru. Macar elmlər akademiyasının üzvü. Koşuta adına Macarıstan Dövlət mükafatının lauriyyatı. Yozef Koral (1713—1789) — mədən mühəndisi və ixtiraçı. Andrey Xmelko (1908—1998) — slovak yazıçı, dramaturq, rejissor.
Mənbə
Banska Ştyavnisa şəhərində turizm
Kateqoriya:Slovakiya şəhərləri Kateqoriya:Slovakiyadakı ümumdünya irsi