Qara amur və ya Çin külməsi () — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir.

Təsvir Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir, ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmçinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır. 4 illik Qara amurlar 1,4–1,8 kq molyusk yeyir. Böyük sürülər əmələ gətirmirlər. Qara amurlar 7–9 illiyində və 70 sm uzunluğa çatdıqda yetkinləşir. Arealının cənubunda daha tez böyüyür və 5 illiyində 55 sm-ə çatır.

Əhəmiyyəti Qara Amur Çinin su hövzələrində aktiv şəkildə yetişdirilir.

Həmçinin bax Ağ amur

İstinadlar

Xarici keçidlər

Rusiyanın onurğalı heyvanları: Qara amur. Kateqoriya:Balıqlar Kateqoriya:Çəkikimilər Kateqoriya:Rusiya balıqları Kateqoriya:1846-cı ildə təsvir edilən balıqlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çin balıqları Kateqoriya:Sənaye balığı