I Aleksandr Pavloviç (; Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və d. Record #118501852 // Ümumi normativ nəzarət (GND) — 2012–2016.) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu. İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu () adlandırılmışdır.Rusiya Romanovların səltənəti altında (1613–1913) . İlk nəşr 1912-ci il
Həyatı Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777–1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır. Rusiya bu dövrdə İsveçlə (1808–1809), İran (1804–1813), Osmanlı (1806–1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu. Bu atasının qətli ilə izah edilir. 1825-ci ilin noyabrında Taqanroqda ölmüşdü. 1826-cı ilin martın 13-də Petropavlovsk soborunda dəfn edilmişdi. I Aleksandrın həmin vaxt ölmədiyi, tərki-diyarlığı barədə mülahizələr mövcuddur. Bu onun ölümündən 11 il sonra Sibirdə Fyodor Kuzmiç adlı bir zahidin peyda olması ilə əsaslandırılır.
Аммон Ф. Г. В фаворе у кесаря: Александр I и Аракчеев
Həmçinin bax
İstinadlar
Kateqoriya:Hökmdarlar Kateqoriya:Rusiya imperatorları Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları Kateqoriya:Finlandiyanın dövlət başçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri