KEiiNO — saamlı reper və yoyker Fred-Rene Bulyo və norveçli müğənnilər Tom Huqo Hermansen və Aleksandra Rotandan təşkil olunmuş musiqi qrupu. Qrup 2018-ci ilin sonlarında xüsusi ilə Norveçin NRK telekanalının təşkil etdiyi Melodi Grand Prix 2019 yarışması üçün qurulmuşdur. KEiiNO yarışmada "Spirit in the Sky" mahnısı ilə mübarizə apararaq nəticədə qələbə qazanmışdır. Mahnının əsas mövzusu gender bərabərliyi və önmühakimələrdir. Həmin mahnı ilə KEiiNO qrupu Norveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2 il sonra şanslarını yoxlayaraq ölkəsinin Melodi Grand Prix 2021 seçim turuna qatılaraq Monuments söylədilər. Finalda qalib gələrək 2021 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmək şansı əldə etdilər

Uzun məşqlərdən sonra KEiiNO 16 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 15-ci nömrə altında səhnə almışdır. Nəticədə 210 xalla 7-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən qrup 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 331 xal toplayaraq, 6-cı yeri tutmuşdur. KEiiNO finalda SMS səsverməsinə görə birinci yeri tutsa da, münsif səsverməsində on səkkizinci yerdə qərarlaşmışdır.

Diskoqrafiya Sinqllar Mahnı adı İl "Spirit in the Sky" 2019 "Monument" 2021

İstinadlar

Həmçinin bax

Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Norveç Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Musiqi qrupları Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2018-ci ildə yaranan musiqi qrupları