Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası.
Həyatı Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır.
2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır.
Şəxsi həyatı 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var.
Mükafatlar və nominasiyalar 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.
18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.Azərbaycan kinosu-120. Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatının nominantları. "525-ci qəzet". 1 noyabr 2018-ci il, səh. 8
Filmoqrafiya
Bədii filmlər Xəzər gəlini (film, 2005) — gənc qız Hökmdarın taleyi (film, 2008) — Ağabəyim ağa Sübhün səfiri (film, 2012) — Nisə xanım Rəssam (film, 2015) — Aygün Skripkaçı (film, 2015) — Çətirli qız Fədakar (film, 2015) — Fəridə Qayıdış (film, 2016) — Həcər Yoxdu belə söhbət (film, 2017) — Sara The Bra (film, 2018) Balıqçının qızı (film, 2019)— Mənzər Jara (film, 2019) — Dəniz Suğra və oğulları- (film, 2021) — Suğra Buzlar əriyəndə (film, 2025)
Seriallar Qaranlıqlar çiçəyi (teleserial, 2011) — Lalə Miras (teleserial, 2015) — Nura Sənin deyil (teleserial, 2016) — Ramilə Məryəm (teleserial, 2016) — Məryəm Yad gəlin (serial, 2020) — Hicran Sevginin ünvanı (serial, 2023) — Bəsti Vətəndaş A — Almaz
İstinadlar
Xarici keçirlər Aktrisa Günəş Mehdizadə: "Ona vurulmuşdum" — FOTO — MÜSAHİBƏ Молитвы у моря
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları