Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti (yerli ləhcədə danışdıqları dili sadəcə "musurmanca", "musurman dili" adlandırırlar) — hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, Qarabağ və Qarapapaq dialektləri qərb ləhcəsinə aiddir.

Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur.

Təsnifi Bu dialektin cüzi fərqlənən 4 subdialekti var: Ayrım-Qarapapaq subdialekti (Əsasən Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp) işlənir) Gəncə (və bir neçə yaxın rayonlar) subdialekti İrəvan (və bütün Qərbi Azərbaycan) subdialekti Qarabağ (və bir neçə yaxın rayonlar) subdialekti

Xüsusiyyəti "Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər)Məmmədağa Şirəliyev, Azərbaycan dialektologiyasının əsasları, 2008: Çox vaxt sözün birinci hecasında və ərəb, fars mənşəli sözlərdə ə səsinin a səsi ilə əvəzlənməsi: xavar, zayıf, idara, tasdıx və s. Sözün birinci və sonrakı hecasında i səsinin ı səsi ilə əvəzlənməsi: ışıx, ılıx, sıçan, bıldırçın, bıldır, qıymat, qıryat və s. Dodaq ahənginin möhkəmliyi (-ayıb, -əyib yerinə -uyuf, üyüf): qurmuyuf (qurmoyuf), görmüyüf (görmöyüf), üydürüh (üydörüh), otduyurdu (otdordu), burduydu (burdoydu), görsöydü, göröydü və s. Sağır n (Göytürkcə: 𐰭, Əbcəd əlibası: ڭ (Kafi Nun), Kiril əlibası: ң, Latın əlifbası: ñ, ŋ) səsinə geniş yer verilməsi: ataŋ, maŋa, saŋa, aldıŋız və s. Söz ortasında və təkhecalı sözlərin axırında b sesinin v səsi ilə əvəzlənməsi: çovan, qavax, bava, qavır, qav, civ, div və s. Söz ortasında və təkhecalı sözlərin axırında c səsinin j səsi ilə əvəzlənməsi: bajı, baja, qoja, gejə, alajam, gedəjəm, saj, qaj, aj və s. Söz axırında samitlərin karlaşması: boşqap (boşqaf), kənt, papax, almax, ilih, gəlməh, ağaş və s. Söz axırında partlayan b səsinin zaifləşərək sürtünən f səsinə keçməsi: kitaf, alıf, gəlif, taf, saf və s. Söz ortasında və söz axırında v səsinin y səsi ilə əvəzlənməsi: oyçu, toyla, doyşan, yoyşan, buzoy, oxloy və s. Sözün əvvəlində qapalı saitdən əvvəl y və h səslərinin düşümü: üh, urd, umrux, umax, uxarı, örməh, ürməh, ışqırmax, ülkməh və s. Saitlə bitən isimlərin təsirlik halda -yı, -yi, -yu, -yü şəkilçilərini qəbul etməsi: qapıyı, kişiyi, quzuyu, sürüyü və s. II şəxs təkdə mənsubiyyət şəkilçili isimlərin yiyəlik halda -yıŋ, -yiŋ, -yuŋ, -yüŋ kimi ifadəsi: atıyıŋ, burnuyuŋ, ütüyüŋ və s. Sifətin müqayisə dərəcəsini bildirən arxaik -rax, -rəh şəkilçilərinin işlənməsi: cındırrax, uzunrax (uzunarax), köhnərəh, gödərəh və s. İndiki zamanın xüsusi -er (-ēr), -or (-ōr), -ör (-ȫr) şəkilçilər ilə ifadəsi: (Bu xüsusiyyətə daha çox Ayrım-Qarapapaq subdialektində təsadüf edilir) aler (alēr), gəler (galēr), quror (qurōr), görör (görȫr) və s. Felin bacarıq şəklinin inkarının -amma, -əmmə şəkilçiləri ilə ifadəsi: yazammadı, görəmmədi, qaçammaz, üzəmməz və s. Sual cümlələrinin əsasən sual şəkilçiləri (-mı4) ilə ifadəsi: oxudunmu? getdinmi? və s. Bu qrup dialekt və şivələr üçün səciyyəvi olan sözlərdən nümunə olaraq aşağıdakıları qeyd etmək olar: arğalı (maral, vəhşi qoç), gap eləməh (danışmaq), təyəlğa, ləvədə (ləqəb), yazı pişiyi (vəhşi pişik), şennih (kənd), muroul (taya), malaza (xirtdək), toy (dümbək), qəlbi (hündür), sōrux (döşəkağı), qorava (üzüm şirəsindən hazırlanan mürəbbə), badağon (pilləkən), tuş (yuxu) və s. thumb|Sözün ortasında və təkhecalı sözlərin axırında C, yoxsa J səsi işlənilir?Qara: C — bacı, gecə, qoca, bic, acQırmızı: J — bajı, gejə, qoja, bij, aj (Azərbaycan dilinin dialektoloji atlası, 1990)

Əski Azərbaycanca Orta əsrlərdə, konkret olaraq, XVIII əsrdə Azərbaycan ədəbi dili Qərb ləhcəsi (Qarabağ) dialektinə söykənirdi. Həmin dili yazmaq üçün Ərəb qrafikalı Azərbaycan əlifbası işləndiyinə görə bu gün ərəb əlifbası qərb ləhcələrinin bəzi xüsusiyətlərini açır, məsələn, indiki rəsmi azərbaycanca soyuq, toyuq, dovğa və s. yazılsa da qərb ləhcələrində bu sözlərə söox, töyox, döyoğa deyilir bu hal ərəb əlifbasının hərflərindən mənbələnir - soyuq (سووق) sözu sin (س) ilə yazılır, halbuki onun qalın qarşıdaşı sad (ص) hərfidir, toyuq (تويوغ) tə (ت) ilə (qarşılığı - ta ط), dovğa (دوغه) dəl (د) ilə (qalın qarşılığı - ط).

Türkiyə türkcəsinə oxşarlığı +AzərbaycancaTürkcəGəncəbasarcabiş-piş-piş-ye-yi-yi-çeynə-çiğne-çiynə-öskür-öksür-öhsür-asqır-aksır-axsır-çünkiçünküçünküümidumutumut (umud, ümüd)radioradyoradyoiyirmiyirmiyirmiyəhudiyahudi, cuhutyahudi, cuhutteatrtiyatrotiyatrqışkışkışquşkuşkuş

Başqa türk dilləri ilə oxşarlığı +Ə səsinin A səsi ilə əvəzlənməsiƏdəbi AzərbaycancaGəncəbasar ləhcəsiQumuqcaQırğızcaQazaxıstan TürkcəsiQaraçay-BalqarcaNoğaycaxəbərxavar, xəvərхабар (xabar)кабар (kabar)хабар (xabar)хапар (xapar)хабар (xabar)zəifzayıf, zəyifзайып (zayıp)зайып (zayıp)зайып (zayıp)зайып (zayıp)зайып (zayıp)xəmirxamırхамур (xamur)камыр (kamır)қамыр (kamır) -камыр (kamır)təsdiqtasdıx, təstihтасдыкъ (tasdık)тастык (tastık)растық (rastık)тасдыкъ (tasdık)тастык (tastık) + İ səsinin I səsi ilə əvəzlənməsiƏdəbi AzərbaycancaGəncəbasarcaTürkcə (Türkiyə)TürkməncəKrımtatarcaQaqavuzcaişıqışıxışıkyşykışıqışıksiçansıçansıçansyçansıçansıçansifətsıfatsıfatsypatsıfatsıfatqismətkısmət, kısmatkısmetkysmatqısmetkısmet +Sağır N işləməsi (ڭ ,𐰭, ң, ñ, ŋ, ng)AzərbaycancaGəncəbasarcaGöytürkcəTatarcaBaşqurdcaQazaxcaTürkməncətanrıtaŋrı𐱅𐰭𐰼𐰃 (teŋri)тәңре (təñre)тəңре (təñre)тәңірі (təñiri)taňrydənizdəŋizteŋizhttp://altaica.ru/LIBRARY/turks/dts.pdf Древнетюркский словарь, 1969, s.552диңгез (diñgez)диңгеҙ (diñgeð)теңіз (teñiz)deňizsəninsəniŋ𐰾𐰤𐰃𐰮 (seniŋ)http://bitig.org/index.php?lang=k&mod=1&tid=3&oid=72&m=0 Талас VIII бітіктасы, Börtil esiz seniŋ (e) Özüge q…синең (sineñ)Һинең (hineñ)сенің (seniñ)seniňyeniyeŋi𐰖𐰮𐰃 (yaŋa/yaŋı)http://bitig.org/index.php?l=J&wi=818&lang=k&mod=3 Новый 𐰖𐰮𐰃яңа (yaña)яңы (yañı)жаңа (jaña)yaňydonuzdoŋuz𐱃𐰆𐰮𐰔 (toŋuz)http://bitig.org/index.php?l=T&wi=162&lang=r&mod=3 toŋuz — кабан, свиндуңгыз (duñğız)дуңғыҙ (duñğıð)доңыз (doñız)doňuz Ayrıca qeyd etmək olar ki, /ŋ/ səsini daşıyan bir hərf bütün türk dillərində işlənilir. İstisna yalnız 4 dildir: Ədəbi Azərbaycan türkcəsi: 1938-ci ildən /ŋ/ səsini daşıyan Ŋ ŋ hərfi işlənmir. Türkiyə türkcəsi: Osmanlı əlifbasından latın əlifbasına çevirmə nəticəsində 1 yanvar 1929-cu ildən /ŋ/ səsini daşıyan hərf yoxdur, osmanlı əlifbasında ڭ (ñef) kimi yazılırdı. Qaqavuzca: kirill əlifbası ilə yazılan 1895-ci ildə qaqavuzca ilk mətndə bu səs işlənməyib, ondan əvvəl yazı dili olmayıb. Çuvaşca: kirill əlifbası ilə yazılan 1768-ci ildə çuvaşca ilk mətndə bu səs işlənməyib, ondan əvvəl yazı dili olmayıb. +/B/ səsinin /V/ səsinə dəyişməsiAzərbaycancaGəncəbasarcaUyğurcaÖzbəkcəsabunsavınsovunsovunxəbərxəvər, xavarxəvərxabar, xavarbababavabovabuvaqabırğaqavırğaqovurğaqovurg'açibinçivinçivinchivin +С hərfinin J hərfinə dəyişməsi Makedoniya türklərində də var: Makedoniya Türkcəsi bajanak, geje, olajak, gidejek, durajak, okunajakÜnal ŞENEL, III. ULUSLARARASI BALKANLARDA TÜRK VARLIĞI SEMPOZYUMU BİLDİRİLERİ, I. CİLT, 2012 Gəncəbasar ləhcəsi bajanax, gejə, olajax, gedəjəh, durajax, oxunajax Ədəbi Azərbaycanca bacanaq, gecə, olacaq, gedəcək, duracaq, oxunacaq

Həmçinin qeyd etmək olar ki bir sıra türk dillərdində (qazax, tatar, başqurd, sibir, qumuq, noğay, qaraqalpaq və s.) C səsi əvəzinə daha çox J səsi işlənilir və ya ümumiyyətlə C səsi yoxdur. +Yiyəlik -yı, -yi, -yu, -yü şəkilçiləri Türkiyə türkcəsində də -mı4 və -nı4 olan şəkilşilərin yiyəsiz analoqu kimi işlənir: Türkiyə Türkcəsi kapıyı kapa, ölüyü diriltmek, o ayakkabıyı al Ayrım-Qarapapaq şivəsi qapıyı qayır, ölüyü diritməh, o əkkavıyı al Ədəbi Azərbaycanca qapını bağla, ölünü diriltmək, o ayaqqabını al +Müqayisə dərəcəsini bildirən -rax, -rəh şəkilçiləri Qıpçaq dillərində (misal üçün, Tatarcada) indi də işlənir: Tatarca yaxşıraq, ozınraq, iŋleräk Gəncəbasar ləhcəsi yaxşırax, uzunrax, eŋnirəh Ədəbi Azərbaycanca daha yaxşı, daha uzun, daha enli +Ayrım-Qarapapaq şivələrini -er (-ēr), -or (-ōr), -ör (-ȫr) şəkilçiləri Qaqavuzcanın -êr/-er şəkilçilərinə oxşarlığı var: Qaqavuzca o yazêr, o vererhttp://knowledge.su/g/gagauzskiy-yazyk По закону гармонии гласных (смотри Сингармонизм), аллофон ê является коррелятом гласного е в глагольном аффиксе настоящего времени -êr/-er: yazêr ‘пишет’, verer ‘даёт’; Allaha inanêêrım, popaza inanmêêrım Ayrım-Qarapapaq o yazēr, o verēr; Allaha inanēram, rahivə inanmēram Azərbaycanca o yazır, o verir; Allaha inanıram, rahibə inanmıram +Felin bacarıq şəklinin inkar edən -amma, -əmmə şəkilçiləri: Gəncəbasar Türkcəsi bajarammadı, yazammadı, görəmmədim, üzəmmədin Türkiyə Türkcəsi beceremedi, yazamadı, göremedim, yüzemedin Ədəbi Azərbaycanca bacara bilmədi, yaza bilmədi, görə bilmədim, üzə bilmədin +Söz fərqliyiAzərbaycancaGəncəbasarcaTatarcaTürkməncəQumuqcaNoğaycamişarpışkıpıçkıbyçgybıçğıpışkıpayızgüzközgüýzgüzküzRusiyaƏrəsey, UrsyetRəsəyOrsýetAresey (Əresey)Reseysahibyiyəiyəeýeyes (ye)iyeşərabçaxırşərabçakyr, şerapçağırşağırəqrəbçayançayanaçýançayanşayanxəttsızıx/cızıxsızıkçyzyksızıksızıkçirkkirkerkirkirkirevöyöyöýüyüy

Nümunələr Ümumdünya İnsan hüquqları Bəyannaməsi I maddəsinin yazısı Azərbaycan dilinin ədəbi normasında və Gəncəbasar ləhcəsində: Ədəbi Azərbaycanca Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar. Gəncəbasar ləhcəsi Pütün insannar ləyəğətnən hüquklarıŋa görə azat həm də baravar doğulullar. Olarıŋ (onnarıŋ) şuurrarınnan vijdannarı var, bir-birrərinə də munasibəttə qardaştıx ruhunda davrammalıdılar.

Məna sürüşməsi Məna sürüşməsi (bir sözün fərqli mənası) Gəncəbasarcada bir neçə sözdə görünür: +Semantik Dəyişmələr NümunələriGəncəbasar ləhcəsində söz (Mötərizədə lazımsa ədəbi variantı yazılır)Sözün Gəncəbasar ləhcəsində mənasıƏdəbi dildə işlənən mənasıaynapəncərəgüzgügəvə (gəbə)xalça (bütün xalça növləri)böyük xalçaməhrəva (məhrəba)qətfədəsmaltelalının üstünə düşən saçlartük, saç dənəsisərgipaltar qurutma asılqanıeksponatların nümayiş edilən yeriintası (intəhası)lakinaxırı, qurtaranı, nəhayət, xülasə

Ləhcə lüğəti Gəncəbasar lüğətində ədəbi dildə olmayan, olsa da başqa məna daşıyan bir sıra işlənən xüsusi sözlər var: +bılıxinəyin yeni doğulmuş balasıboyl1) sonra 2) deməli, deyəsənbozdamaşdoğramaccələboğaz xəstəliyicələfarıq, zəifcoyğatayfa, nəsilçalasıprovokatorçayanəqrəbçəkuzandısapand, quşatançığnamaxtapdalamaq, ayaqlamaqelti(qardaşların həyat yoldaşları bir birinə "elti" olur)əpbəhçörəkfəşmiəsas, qanunhənddivarqulaxistiqamətmığıağcaqanadşeytanilbiz

Tənqidi Hazırda Gəncəbasar ləhcəsini və bu ləhcədə danışan kəsləri qoruyan qanun yoxdur. 2003-cü ilə kimi, Orfoepiya lüğətinin çıxmasına qədər el içində dil iki yerə ayrılırdı: loru dili və kitab dili, lakin orfoepiya lüğəti çıxandan sonra loru dili ədəbi Azərbaycan dilinə zidd oldu. Televiziyada ləhcələrə qarşı propaqanda başladı, Kinematoqrafda satira kimi çox vaxtı ağıllı olmayan qəhrəmanlar Gəncəbasar dilində danışır və nəticədə ələsalmadan qaçaraq təzyiq altında Azərbaycan əhalisi bu ləhcədən az işlədir, lakin Rusiyada bu ləhcədə danışan adamlar Azərbaycan televiziyasına baxmadığına görə bu propaqandaya uğramırlar. Başqa dövlətlər təcrübəsində ləhcə diskriminasiyası əşkarlanması var, beynəlxalq hüquqda buna "linguisticism" deyirlər və bir sıra ölkələrdə, misal üçün ABŞ-də, ləhcə diskriminasiyasına görə cinayətkarlar 5 ilə kimi azadlıqdan məhrum edilirlər.

Rəsmiləşdirmə çalışmaları 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası, Folklor İnstitutu Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələrini yerli dillərlə yazılaraq çap etdiAzərbaycan Folkloru Antologiyası, Bakı – "Nurlan" – 2012