Aleksandra Kretsu (; 21 iyul 1993, Buxarest, Rumıniya) və ya səhnə adı ilə Ester Peoni — Rumıniya müğənnisi və bəstəkarı. O, "On a Sunday" mahnısı ilə Rumıniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Ester Rumıniyada anadan olsa da, Kanadanın Monreal şəhərində böyüyüb başa çatmışdır.
Onun səhnə adı Ester Babiloniyanın sevgi, gözəllik, arzu, müharibə, ədalət və siyasi güc ilahəsi İştardan gəlir. Qədim fars dilində Ester "ulduz" deməkdir.
Musiqi karyerası 2015-2018: Erkən illəri Ester Piteşti şəhərində yerləşən Dinu Lipatti adına incəsənət məktəbində musiqi təhsilini almışdır. Onun musiqiyə olan sevdası uşaqlıq illərindən özünü göstərməyə başlamış və o ailəsi ilə birlikdə Monrealda yaşayarkən caz kursuna getmişdir. Rumıniyaya qayıtdıqdan sonra Ester kbəstəkarlıq və caz bölmələri üzrə konservatoriyaya daxil olur. İnternetdə müxtəlif canlı ifalarını paylaşmasının ardınca Ester 2014-cü ildə Rumıniyanın bir albom şirkəti ilə müqavilə əldə edir. "Leyla" və "Iubire" sinqlları ilə birlikdə ifaçının fərqli musiqi əməkdaşlıqları da öz nəticəsini göstərir. Bir il sonra Esterin Veskan ilə duet şəklində ifa etdiyi "Sub aripa ta" mahnısı Rumıniya televiziya və radiolarında səslənməyə başlayır. 2018-ci ildə Esterin Dig It adlı minialbomu işıq üzü görmüşdür. Albomda yer alan mahnılar Ester tərəfindən bəstələnmişdir.
2019 Avroviziya Mahnı Müsabiqəsi Rumıniyanın TVR telekanalı Avroviziya 2019 üçün təşkil edilən Selecției Naționale adlı seçim turunda iştirak edən 24 namizəddən birinin də Ester Peoni olduğunu elan etmişdir. "On a Sunday" mahnısı ilə yarışmanın yarımfinal mərhələsində çıxış edən ifaçı finalda yer almağa nail olmuşdur. Qalibiyyətə əsas favorit Laura Bretan və Bella Santiaqonun göstərilməsinə baxmayaraq, nəticədə Ester seçim turunda qələbə qazanaraq Rumıniyanı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmək hüququnu əldə etmişdir.
Diskoqrafiya Mini-albomlar Albom adı İl Dig It 2018
Sinqllar Mahnı adı İl „Iubire” 2014 „Cuminte de Crăciun” „Sub aripa ta” 2015 „1000 de motive” 2016 „On My Way” 2017 „So Fine” „Leaving Tomorrow” „Dig It” 2018 "On a Sunday"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Rumıniyada doğulanlar Kateqoriya:Rumıniya müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Rumıniyanın "Avroviziya" təmsilçiləri