Fərhad Arif oğlu Qaraşov () — Azərbaycan iş adamı, iqtisad üzrə fəlsəfə doktoru; Azərbaycan Nar İstehsalçıları və İxracatçıları AssosiasiyasınınAzerbaijan bets on the pomegranate as its next big export və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri (2018–2024).

Erkən həyatı Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur. 1993–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2003–2007-ci illərdə UNEC-də "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinin bakalavr dərəcəsini bitirmişdir. 2007–2010-cu illərdə isə UNEC-də "Beynəlxalq Ticarət" ixtisası üzrə magistr dərəcəsi almışdır. 2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır. 2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.

Əmək fəaliyyəti 2009–2014-cü illər bank sistemində məsul vəzifələrdə çalışıb. 2017-ci ildə YAP Nəsimi təşkilatının Gənclər birliyinin sədr müavini seçilmişdir.

İctimai fəaliyyəti thumbnail|right|240px|Prezident İlham Əliyevlə sərgidə görüşərkən, (16 may 2018) 2017-ci ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilmişdir. . 2018-ci ilin iyul ayında "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"-nin Müşahidə Şurasının sədridir..2018–2024-cü illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri çalışıb. 2018-ci ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü seçilmişdir.. 2020-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü seçilmişdir.AQTA yanında İctimai Şuraya üzvlər seçilib. Tarix: 28.11.2020 Türk Dövlətləri Təşkilatının nəzdində Türk Ticarət və Sənaye Palatalar Birliyinin Audit Komitəsinin üzvü seçilmişdir. 2021–2023-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Ictimai Şuraya katib seçilmişdir. Dövlət Statistika Komitəsi yanında Statistik Şuranın üzvü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli qərarı ilə təsdiq edilmişdir).

Elmi və yaradıcılıq fəaliyyəti 2012–2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri" mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailəsi Ailəlidir. İki övladı var. Milli qəhrəman Aqil Quliyevin bacısı oğludur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri (2005–2009) Arif Qaraşovun oğludur.

Mükafatları 2017-ci ildə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən sədrlik etdiyi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası "İlin ən fəal assosiasiyası" nominasiyasına layiq görülüb.

3 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan iş adamları