Tessa Vertyu (; d. 17 may 1989, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Tessa Vertyu, Skot Moir ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Vertyu və Moir cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Vertyu və Moir cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub.

Vertyu və Moir cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Vertyu və Moir cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub.

Vertyu və Moir cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006-2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009—2010, 2011—2012, 2012—2013, 2013—2014 və 2017—2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub. Gənclər arasında isə Vertyu və Moir cütlüyü, 2005-ci ildə gənclərin ISU Qran-Pri Finalında, 2006-cı ildə isə gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.

Vertyu və Moir cütlüyü habelə 8 dəfə (2008, 2009, 2010, 2012, 2013, 2014, 2017 və 2018-ci illərdə) isə Kanada Çempionatının qızıl medalına sahib olub.

Vertyu və Moir cütlüyü, ISU ABŞ və Çin Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Vertyu və Moir cütlüyü yeddi dəfə Kanada Qran-Prisinin (2007, 2009, 2011, 2012, 2013, 2016 və 2017-ci illərdə), üç dəfə Fransa Qran-Prisinin (2009, 2011 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.

Karyerası ərzində 74 yarışa qatılan Vertyu və Moir cütlüyü, onların 41-də qızıl medal, 19-da gümüş medal, 5-də isə bürünc medal qazanıb.

Vertyu və Moir, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da olan açılış mərasimində Kanada bayrağını aparıblar.

20 ildən çox birgə mübarizə aparan Vertyu və Moir cütlüyü, bu idman növü üzrə Olimpiya Oyunlarında ən çox qızıl medal və ən çox medal qazanan idmançıdırlar.

Həyatı Tessa Vertyu 1989-cu il mayın 17-də Ontario əyalətinin London şəhərində anadan olub. O, dörd uşaqlı ailənin sonuncu uşağı idi. Onun Keysi və Kevin adında qardaşları, Corcan adında isə bacısı var. Anası Keyt Vertyu — Ontario Hüquq Cəmiyyətinin (LSO) qeydiyyat şöbəsində, atası Cima Vertyu — hüquq müdafiəçisi sahəsində çalışırdı. Tessa Vertyu üç yaşından baletlə, altında yaşından isə rəqslə məşğul olmağa başladı.

Tessa Vertyu Uinsor şəhərində Holy Names High Schollu bitirib. 2007-ci ildə Uinsor Universitetində, 2014-cü ildə isə Ontario Universitetində ali təhsil alıb.

Tessa Vertyu 2003-cü ildən Miçiqan ştatının Kanton şəhərində yaşayır və məşq edir.

Karyerası 2003–2004-cü illər: Gənclər arasında Kanada çempionluğu Vertyu və Moir cütlüyü, 2003-2004-cü illər mövsümündə gənclər arasında ISU Qran-Pri yarışının Bratislava və Zaqreb mərhələlərində mübarizə apardı. 18-22 sentyabrda Bratislava şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının məcburi rəqsində 3.2 balla 8-ci, orijinal rəqsində 4.2 balla 7-ci, sərbəst rəqsində isə 5.0 balla 5-ci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 12.4 balla altıncı pillənin sahibi oldu.

Daha sonra isə Vertyu və Moir cütlüyü, Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Məcburi rəqsdə 2.0 balla 5-ci, orijinal rəqsdə 3.0 balla 5-ci, sərbəst rəqsdə isə 4.0 balla 4-cü pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 9.0 balla 15 idmançı sırasında dördüncü pillənin sahibi oldu. Mövsüm ərzində Bratislava və Zaqreb Qran-Prilərində altıncı və dördüncü pillələrin sahibi olan Vertyu və Moir cütlüyü, gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

2004-cü ilin 5-11 yanvarında Alberta əyalətinin Edmonton şəhərində gənclər arasında Kanada Çempionatı baş tutdu. Ötən il çempionatı 7-ci pillədə başa vuran Vertyu və Moir cütlüyü, bu səfər çempionatın medallarına iddialı idi. Məcburi rəqsdə üçüncü, orijinal və sərbəst rəqsdə isə birinci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 2.8 balla 20 idmançı sırasında birinci yeri tutdu və gənclər arasında Kanada Çempionatının qalibi oldu. Vertyu və Moir cütlüyü, həm də mart ayında Niderlandda baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazandı.

Mövsümün əsas yarışı – 1-8 martda Niderlandın Haaqa şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Məcburi rəqsdə 2.8 balla 7-ci, orijinal rəqsdə 7.2 balla 12-ci, sərbəst rəqsdə isə 10.0 balla 9-cu pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 20.0 balla gənclər arasında Dünya Çempionatını 28 idmançı sırasında 11-ci pillədə başa vurdu.

2004–2005-ci illər: Gənclər arasında qazanılan birinci uğurlar alt=|thumb|225x225px|Vertyu və Moir cütlüyü 2005-ci il gənclərin Dünya Çempionatında|left Vertyu və Moir cütlüyü, 2004-2005-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri yarışının Fransa və Çin mərhələlərində mübarizə apardı. 26-28 avqustda Fransanın Kurşevel şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının məcburi rəqsində 35.64 balla 2-ci, orijinal rəqsində 48.52 balla 2-ci, sərbəst rəqsində isə 78.00 balla 1-ci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 162.16 balla 2-ci pillənin sahibi oldu. Bu minvalla da Vertyu və Moir cütlüyü, gənclərin Fransa Qran-Prisinin gümüş medalını qazandı.

16-20 sentyabrda isə Vertyu və Moir cütlüyü, Çinin Harbin şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Məcburi rəqsdə 36.12 balla, orijinal rəqsdə 55.48 balla, sərbəst rəqsdə isə 80.74 balla birinci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 172.34 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu. Bununla da Vertyu və Moir cütlüyü, gənclərin Çin Qran-Prisinin qalibi oldu. Mövsüm ərzində Fransa və Çin Qran-Prilərində gümüş və qızıl medalların sahibi olan Vertyu və Moir cütlüyü, gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Gənclər arasında ISU Qran-Pri Finalı Finlandiyanın ev sahibliyində baş tutdu. Məcburi rəqsdə 35.66 balla 2-ci, orijinal rəqsdə 52.52 balla 2-ci, sərbəst rəqsdə isə 82.30 balla 1-ci pillənin sahibi oldu Vertyu və Moir cütlüyü, ümumi nəticədə 170.48 balla 8 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Vertyu və Moir cütlüyü, gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalını qazandı.

2005-ci ilin 16-24 yanvarında Ontario əyalətinin London şəhərində Kanada Çempionatı baş tutdu. Ötən il gənclər arasında çempionatının qalibi olan Vertyu və Moir cütlüyü, bu səfər bu çempionatın qalibi olmağa iddialı idi. Məcburi rəqsdə 32.35 balla dördüncü, orijinal rəqsdə 56.33 balla dördüncü, sərbəst rəqsdə isə 95.68 balla üçüncü pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 184.36 balla 14 idmançı sırasında dördüncü yeri tutdu. Vertyu və Moir cütlüyü, həm də mart ayında Kanadada baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazandı.

Mövsümün əsas yarışı – 28 fevral-6 mart tarixlərində Kanadanın Ontario əyalətinin Kitçener şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Məcburi rəqsdə 38.92 balla, orijinal rəqsdə 58.34 balla, sərbəst rəqsdə isə 88.18 balla 2-ci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 185.44 balla gənclər arasında Dünya Çempionatını 27 idmançı sırasında 2-ci pillədə başa vurdu. Bununla da Vertyu və Moir cütlüyü, gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.

2005–2006-cı illər: Gənclər arasında Dünya çempionluğu Vertyu və Moir cütlüyü, 2005-2006-cı illər mövsümündə gənclər arasında ISU Qran-Pri yarışının Andorra və Kanada mərhələlərində mübarizə apardı. 7-11 sentyabrda Andorranın Kanilyo şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışının məcburi rəqsində 36.15 balla, orijinal rəqsində 60.72 balla, sərbəst rəqsində isə 85.25 balla birinci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 182.12 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu. Bu minvalla da Vertyu və Moir cütlüyü, gənclərin Andora Qran-Prisinin qızıl medalını qazandı.

22-25 sentyabrda isə Vertyu və Moir cütlüyü, Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Vertyu və Moir cütlüyü, ümumi nəticədə 10 idmançı sırasında birinci pillənin sahibi oldu, bununla da gənclərin Kanada Qran-Prisinin qalibi oldu. Mövsüm ərzində Andorra və Kanada Qran-Prilərində qızıl medalların sahibi olan Vertyu və Moir cütlüyü, növbəti dəfə gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Gənclər arasında ISU Qran-Pri Finalı 24-28 noyabrda Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutdu. Məcburi rəqsdə 34.42 balla, orijinal rəqsdə 55.48 balla, sərbəst rəqsdə isə 80.58 balla birinci pillənin sahibi oldu Vertyu və Moir cütlüyü, ümumi nəticədə 170.48 balla 8 idmançı sırasında birinci pillənin sahibi oldu. Bu minvalla da Vertyu və Moir cütlüyü, birinci dəfə gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalını qazandı.

2006-cı ilin 8-15 yanvarında Ontario əyalətinin Ottava şəhərində Kanada Çempionatı baş tutdu. Ötən il çempionatını dördüncü pillədə başa vuran Vertyu və Moir cütlüyü, bu səfər çempionatın medalına iddialı idi. Məcburi rəqsdə 32.96 balla üçüncü, orijinal rəqsdə 58.40 balla 2-ci, sərbəst rəqsdə isə 94.54 balla 2-ci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 185.90 balla 18 idmançı sırasında üçüncü yeri tutdu və bürünc medalı qazandı. Bununla da Vertyu və Moir cütlüyü, birinci dəfə Kanada Çempionatının medalına sahib oldu. Vertyu və Moir cütlüyü, həm də mart ayında Sloveniyada baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazandı.

Daha sonra Vertyu və Moir cütlüyü, 25-28 yanvarda Birləşmiş Ştatların Kolorado ştatının Kolorado Sprinqs şəhərində baş tutan Dörd Qitənin Çempionatında mübarizə apardı. Məcburi rəqsdə 30.80 balla, orijinal rəqsdə 52.50 balla, sərbəst rəqsdə isə 85.38 balla üçüncü pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 168.68 balla Dörd Qitənin Çempionatının bürünc medalına sahib oldu.

Mövsümün əsas yarışı – 6-12 martda Sloveniyanın Lyublyana şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Məcburi rəqsdə 34.88 balla, orijinal rəqsdə 55.14 balla, sərbəst rəqsdə isə 82.56 balla birinci pillənin sahibi olan Vertyu və Moir cütlüyü, ümumi nəticədə 172.58 balla gənclər arasında Dünya Çempionatını 26 idmançı sırasında birinci pillədə başa vurdu. Bununla da Vertyu və Moir cütlüyü, gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu. Gənclərin Dünya Çempionatı, cütlüyün gənclər arasında mübarizə apardığı sonuncu yarış oldu.

2006–2007-ci illər: Dünya Çempionatında debüt alt=|thumb|240x240px|Vertyu və Moir cütlüyü 2006-ci il Kanada Qran-Prisində