Karel Vasak (; d. 26 iyun 1929, Çexoslovakiya – ö. 1 may 2015, Strasburq, Fransa) — çex-fransız professor, beynəlxalq hüquq üzrə mütəxəssis.
Həyatı Vasak Çexoslovakiyada anadan olmuş, daha sonra hüquq oxumaq üçün Fransaya köçmüşdür. 1948-ci ilin fevralında Praqada kommunistlərin çevrilişindən sonra orada qalmağa qərar vermişdir. O, Fransa vətəndaşlığını əldə etmiş və Avropa Şurasında müxtəlif vəzifələrdə çalışmışdır.
1969-cu ildə Vasak Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunun ilk baş katibi vəzifəsinə təyin edilmiş, 1980-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. O, İnsan hüquqları və sülh Şöbəsinin müdiri,UNESCO’s Philosophy of "intellectual and moral solidarity" in attaining peace. UNESCO. Retrieved 17 August 2011. sonra YUNESKO-nun və Ümumdünya Turizm Təşkilatının hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
Professor 1979-cu ildə Fransız İnqilabının ideallarından ilhamlanaraq məşhur "insan hüquqlarının üç nəsli" konsepsiyasını irəli sürmüşdür.
Vasak 1982-ci ildə İnsan Hüquqlarının Beynəlxalq Ölçüləri () adlı kitabın redaktoru olmuşdur.
Karel Vasak 1 may 2015-ci ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Fransa diplomatları Kateqoriya:Fransa hüquqşünasları Kateqoriya:Fransanın qeyri-bədii əsər yazan yazıçıları