Dəmirçi palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Dəmirçi kəndi ərazisində yerləşən palçıq vulkanı.Palçıq vulkanları. mct.gov.az
Haqqında Dəmirçi Azərbaycanda yeganə vulkandır ki, Şamaxı rayonunda sıx bitki örtüyü olan yüksəkliklərin əhatəsində yerləşir. Vulkan Bakıdan 120 km şimal-qərbdə, eyni adlı kənddən 2.5 km cənub-şərqdə, Pirsaat çayının saö sahilindədir, nisbi hündürlüyü 20 m olan az qabarıqlı yüksəkliyi təşkil edir. Palçıq vulkanı örtüyü 12.*80m ölçülü sahəni tutur. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında olduğu kimi bu vulkanda, yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib. Aktiv vulkanlar sırasına daxildir. 1958, 2008-ci il-ci ildə püskürüb.
Həmçinin bax
Lökbatan palçıq vulkanı Daşgil palçıq vulkanı Axtarma-Paşalı palçıq vulkanı Qoturdağ palçıq vulkanı Xərə-Zirə adası palçıq vulkanı Qızmeydan palçıq vulkanı
İstinadlar
Xarici keçidlər Dəmirçi palçıq vulkanı
Kateqoriya:Azərbaycanın palçıq vulkanları