Suxoy Su-29 (), Suxoy şirkəti tərəfindən istehsal edilmiş Rusiya akrobatik təyyarəsdir. Təyyarə, Su-26 təyyarələrinin baza modelinin üzərində yaradılmış və iki nəfərlik olduğu üçün çəkisi 60 kq artmışdır. Su-29 təyyarələri pilotların akrobatik təlimləri, uçuş təlimləri, pilotların akrobatik yarışları və aviasiya şoularında iştirak etmək ilə yanaşı, həm də hərbi və mülki pilotların uçuş qabiliyyətlərinin təkmilləşdirilməsi işlərində də, istifadə edilirlər.

Modifikasiyaları +ModelQısa xarakteristika, fərqləriSu-29KSSKS-29 (1994) katapult oturacağı ilə təmin olunmuş sınaq modeli Su-29MSKS-29 Katapult oturacağı ilə təmin olunmuş seriyalı istehsal olunan modelSu-29ARArgentina Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş versiya

Texniki xüsusiyyətləri Ekipaj: 2

Uzunluq: 7.32 m

Qanad enliliyi: 8.2 m

Hündürlük: 2.87 m

Qanad sahəsi: 12.24 m²

Boş çəkisi: 760 kq

Maksimum yükgötürmə qabiliyyəti: 1,100 kq

Mühərrik: 1 ədəd Vedeneyev M14P doqquz silindrli Ulduz tipli mühərrik

Həmçinin bax Suxoy Su-31

Suxoy Su-26

Kateqoriya:Rusiya təyyarələri Kateqoriya:Rusiyanın idman təyyarələri Kateqoriya:Rusiya texnikası Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Suxoy təyyarələri Kateqoriya:1991-ci ildə Rusiyada yarananlar