"Şoğakat" () — Erməni Həvari kilsəsinin sahibləndiyi Ermənistan dini-mədəni özəl telekanalı. Telekanal 1998-ci ildə Erməni Həvari kilsəsinin rəhbəri II Qaregin tərəfindən İrəvan şəhərində təsis edilmişdir. Telekanal Erməni Həvari kilsəsinin dini və ictimai fəaliyyətini əhatə edir və dini təbliğat yayımlayır. 1999-cu ildə II Qaregin Erməni Həvari kilsəsinin rəhbəri seçiləndə telekanal baş qərargahını Üçkilsə şəhərinə köçürmüşdür.

"Şoğakat" telekanalı 2002-ci ilin noyabr ayından bəri Ermənistan və Dağlıq Qarabağ Respublikasında tam şəkildə yayımlanır. Telekanalın 2.000.000-dan çox abunəçisi mövcuddur.

"Şoğakat" telekanalı mədəniyyət, tarix, din, təbiət, milli-mənəvi dəyərlər, sosial-iqtisadi problemlər barədə məzmun yayımlayır.

Telekanalın icraçı direktoru Manya Kazaryandır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1998-ci ildə yarananlar Kateqoriya:Ermənistan televiziya kanalları Kateqoriya:Erməni dilində televiziya kanalları Kateqoriya:Təhsil telekanalları