Bekeşçaba (, , ) — Macarıstanın cənubunda, Bekeş əyalətində yerləşən şəhər.
Coğrafiyası 2001-ci ilin göstəricilərinə əsasən, şəhərin ümumi sahəsi 19,394 km² təşkil edir.
Tarixi Bekeşçaba ərazisində ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Dəmir dövründə ərazidə öncə skiflər, keltlər, daha sonra isə hunlar məskunlaşdılar. Macarıstan zəfərindən sonra ərazidə bir sıra kiçik kəndlər salındı.
Orta əsrlərin macar kəndi olan Çabo 13-cü əsrdə formalaşmışdırAntal Papp: Magyarország (Hungary), Panoráma, Budapest, 1982, , p. 860, pp. 449-453 və onun haqqında ilkin məlumatlar 1330-cu illərə aiddir. Çabo ilə birlikdə digər 8 kənd də indiki Bekeşçaba şəhərinin ərazisində yerləşirdi. Türklər Macarıstanın cənub və mərkəzi hissələrini işğal etdikdə ərazi Osmanlı İmperiyasının bir hissəsi oldu. 17-ci əsrdə şəhər Türklərə qarşı mübarizə apararkən tamamilə dağıdıldı.
1715-ci ildə Çabo haqqında sahibsiz yer kimi bəhs edilirdi, lakin bir il sonra onun adı vergi ödəyən şəhərlərə aid bir sənəddə qeyd edilmişdir. Güman olunur ki, şəhər Cohan Qreqori Harrukkern tərəfindən təsis edilmişdir. Cohan Türklərə qarşı aparılna mübarizədə üstünlük qazanaraq Bekeş vilayətini satın aldı. 1847-ci ildə şəhər 22 min əhali sayı ilə Macarıstanın iyirmi ən böyük şəhərlərindən biri idi. Buna baxmayaraq, Çabo palçıqlı küçələri və köhnə təmirli evləri ilə kəndə bənzəyirdi.
1858-ci ildə şəhərdə dəmiryolu stansiyası yaradıldı. Yeni evlər, fabriklər tikildi. Şəhər zənginləşməyə başladı. 19-cu əsrin sonunda işsizlik hələ də böyük bir gərginliyə səbəb olurdu. 1891-ci ildə şəhərdə baş verən üsyan Rumıniya ordusunun köməyi ilə yatırıldı. Qəsəbənin ən önəmli şəxslərindən biri kənd partiyasının banisi olan Andras Laxim idi.
Demoqrafiyası Bekeşçaba şəhərinin demoqrafiyası İl Əhali Macarlar Slovaklar188032,6166,250 (19.2%)24,073 (73.8%)189034,2437,728 (22.6%)25,917 (75.7%)190037,5479,501 (25.3%)27,488 (73.2%)191042,59913,271 (31.2%)28,682 (67.3%)192046,63321,407 (45.9%)24,710 (53%)1930 49,37430,054 (60.9%)18,931 (38.4%)194152,40435,258 (67.3%)16,781 (32%)194945,89244,328 (96.6%)1,254 (2.7%)196050,21247,840 (95.3%)2,170 (4.3%)198067,22566,388 (98.8%)679 (1%)200167,96863,782 (93.8%)4,078 (6%)201162,05051,842 (83.5%)1,881 (3%)Mənbə:1880-1980 (census data): Magyarország történeti statisztikai helységnévtára, 3. Békés megye, KSH, Budapest, 1993, , 2001 (census data): Hungarian census 2001, table 4.1.11 - 2011 (census data): Hungarian census 2011, 3.1.6.1 Qeyd:In 2001 3,823 (5.6%), while in 2011 9,666 people (15.6%) opted out declaring ethnicity. In Hungary people can declare more than one ethnicity since 2001, so the sum of ethnicities is higher than the total population.
Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Bekeşçaba aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Beyuş, Rumıniya Mikkeli, Finlandiya Odorheyu-Sekuesk, Rumıniya Skoçuv, Polşa Tarnovske-Qur, Polşa Trençin, Slovakiya Ujqorod, Ukrayna Vittenberq, Almaniya Zrenyanin, Serbiya Penza, Rusiya Salonta, Rumıniya
Qalereya
Həmçinin bax Macarıstan şəhərləri
İstinadlar
Xarici keçidlər
in Hungarian, English and German Photos of the town Aerial photography: Békéscsaba
Kateqoriya:Macarıstan şəhərləri