() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı İran və Ermənistanda (Dərələyəz) arealı vardır.
Botaniki xarakteristikası Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır. Meyvələri armudşəkilli, yaşıl rəngli, xırda, 2,5-3 sm diametrindədir. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvəsi yetişir.
Ekologiyası Aşağı və orta dağ qurşaqlarında və ya seyrək meşələrdə, quru qayalı yamaclarda təsadüf edilir.
Azərbaycanda yayılması Naxçıvan MR Culfa rayonunun Camaldin kəndinin Darıdağ ərazisində, Babək rayonunun Lizbirt dərəsinin Qaraquş dağı sahəsində təbii halda yayılmışdır.
İstifadəsi Bəzək bağçılığında itifadəsi məqsədyönlüdür.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax