Marna () — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departametlərindən biri. Sıra nömrəsi — 51. İnzibati mərkəzi — Şalon-an-Şampan. Əhali — 579 533 nəfər (departamentlər arasında 45-ci yer, 2010-cu ilin məlumatları).

Coğrafiyası Ərazisi — 8162 km². Departamentin ərazisindən Marna və Vel çayları axır.

Departamentə 5 rayon, 44 kanton və 620 kommuna daxildir.

Tarixi Departament 1790-cı il 22 dekabr tarixli qanuna əsasən Böyük Fransa inqilabı dövründə, 1790-cı il martın 4-də, tarixi Şampan əyalətinin ərazisində formalaşmışdır. Bu qanuna əsasən sakinlər öz departamentin prefekturasını ziyarət etmək və evə qayıtmaq üçün 2 gündən çox vaxt sərf etməməyi düşünməli idilər. Buna görə keçmiş Şampan əyalətinin geniş ərazisi dörd departamentə ayrıldı: Ardenler, Marna, Ob və Yuxarı Marna. Adı Marna çayından gəlir.

Qalereya

İstinadlar

Xarici keçidlər Prefecture website Conseil Général website Vivez des expériences pétillantes