Fuad Məmmədov () — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb.
Həyatı Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub.
1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib.
1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir.
1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib.
Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Ailəlidir. Üç övladı var.
Məmmədov Fuad Nadir oğlu 2020-ci il avqust ayının 10-da ürək çatışmazlığından vəfat edib.
Təltifləri 50px (26.06.2002) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı 50px (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı 50px — I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı 50px — "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
İstinadlar
Xarici keçidlər https://mod.gov.az/az/mudafie-nazirinin-maddi-texniki-teminat-uzre-muavini-maddi-texniki-teminat-bas-idaresinin-reisi-373/
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri