V Məhəmməd (Cavi: V سلطان محمد; ) — Kelantan sultanı, 2016-cı ilin 13 dekabrında 5 il müddətinə Malayziya kralı seçilib. 6 yanvar 2019-cu ildə taxtdan imtina edib.
Həyatı V Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan ştatında doğulub. O, Böyük Britaniyada ali diplomat təhsili alıb. Hobbiləri arasında ekstremal idman növləri, dözümlülük tələb edən maneəli yerlərdə qaçış və idman atıcılığı xüsusi yer tutur.
2018-ci ilin noyabr ayının 22-də Rusiya paytaxtında "Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib. Rusiyalı model Oksana kralla evləndikdən sonra İslamı qəbul edib və müsəlman adı (Rihana) götürüb.
V Məhəmməd ölkənin 1957-ci ildə müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub. Konstitusiyaya əsasən, Malayziya kralı taxt-tacına ölkənin 9 ştatının sultanlarından biri 5 illik müddətə və rotasiya prinsipi əsasında sahib olur. 2016-cı ilin dekabrında V Məhəmməd tacı Kedah ştatının sultanı Abdul Halim Muadzamdan təhvil alıb.
O, 2019-cu ilin yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib. Həmçinin ölkənin tarixində ilk dəfə olaraq kral öz taxtından imtina edib. Bu 1957-ci ildə Malayziyanın Britaniyadan müstəqillik qazanmasından sonra ilk taxtdan imtina halıdır.
İstinadlar
Həmçinin bax Malayziyanın dövlət quruluşu
Xarici keçidlər Kral ölkənin borclarını qaytarmaq üçün bu addımı atdı
Kateqoriya:Malayziya monarxları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Sultanlar