Səccad Şahbazzadə (, 1990 23 yanvar, İran, Ərdəbil) — İran azərbaycanlısı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır.
Klub karyerası Gənclik dövrü Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir. Saypa Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.
İstiqlal
2014-2015 İstiqlal komandasına 2014-cü ildə qoşulmuşdur. Deput oyunun isə İstiqlalın 2-1 qazandığı İstiqlal-Rah Ahan oyunu olmuşdur. İlk Tehran derbisini 23 noyabr 2014-cü ildə oynamışdır. Onun komandası 2-1 məğlub olmuş və komandasının yeganə qolunu da Səccad vurmuşdur. Həmin mövsüm 12 qol vuran Səccad İran liqasında Eder Lusianodan sonra ən çox qol vuran oyunçu olmuşdur.
2015-2016 2015-2016-cı il mövsümündə uğurlu çıxış edən Səccad mövsümün sonunda Avropa komandasına getməsi üçün İstiqlal komandasının icazə verməsini istədi. Uzun danışıqlardan sonra 2016-cı ilin 20 iyulun da o, nəhayət ki komanda ilə müqaviləsini ləğv edə bildi. Alanyaspor Səccad Şahbazzadə 2016-cı ilin 22 iyulunda Türkiyə Super Liqasında çıxış edən Alanyaspora keçmişdir. İlk debüt oyunu Alanyasporun Beşiktaşa 4-1 məğlub olduğu oyun olmuşdur. Start heyətdəki ilk oyununu 26 avqustda Antalyaspora qarşı oynamışdır. Həmin oyunda Alanyaspor 2-1 qələbə qazanmışdır. 25 dekabr 2016-cı ildə Alanyasporda ilk qolunu Qalatasaraya qarşı oyunda vurmuşdur.
2017-ci ilin yanvarında oynamaq üçün kifayət qədər şans qazana bilmədiyi üçün komandadan ayrılmışdır. Neft Tehran İstiqlal komandasına transfer qadağasına görə keçidi baş tuta bilməyəndən sonra Neft Tehran komandasına keçmişdir. Kupok oyununun finalında Traktor Sazi komandasının qapısına qələbə qolunu vurmuşdur. İstiqlal FK 2017-cı ilin iyun ayının 14-də İstiqlal komandasına geri döndü. Baş məşqçi Əlirza Mənsuriyan o komandaya geri dönəcəyi müddətə qədər 10 nömrəni boş saxlayacağına söz vermişdi. O, komandaya geri gəldikdən sonra həmin nömrə ona verildi.
İlk rəsmi oyununa açılış oyunu olan Sənət Neft komandasına qarşı keçirdi. Sezon boyunca müxtlif zədələr alan Səccad digər hücumcu Əli Qurbaniyə əsas komandadakı yerini uduzdu. Şahbazzadəyə yeni baş məşqçi Winfried Schäfer özünə yeni komanda tapmağı tapşırdı. 14 yanvar 2018-ci ildə onun müqaviləsi ləğv edildi. Qətər SC 17 yanvar 2018-ci ildə Səccad Qətər komandası olan Qətər SC-ya transfer oldu. 2 gün sonra ilk rəsmi oyununa çıxdı və asistlə yadda qaldı. Lakin 13 gün keçdikdən sonra onun müqaviləsi ləğv edildi. Bunun səbəbi isə əvvəlcə məruz qaldığı zədələrin hələ də tam olaraq sağalmaması idi. Sepahan FK 30 may 2018-ci ildən Sepahan komandasında çıxış edir. Karyera statistikası Klub Klub performansı Liqa Kubok Kontinental Ümumi Klub Mövsüm Liqa Oyun sayı Qollar Oyun sayı Qollar Oyun sayı Qollar Oyun sayı Qollar İran Diviziyon Hazfi kuboku AFK ÜmumiSaypa FK2010–11İran milli futbol çempionatı9100––91 2011–12 21410––2242012–1331600––3162013–1429910––309İstiqlal FK2014–15301221––32132015–1626744––3011 Türkiyə Diviziyon Türkiyə kuboku UEFA ÜmumiAlanyaspor2016–17Super Liqa4110––51 İran Diviziyon Hazfi Kuboku AFK ÜmumiNeft Tehran FK2016–17İran milli futbol çempionatı8011––81İstiqlal FK2017–2018 84100090 Qətər Diviziyon Qətər Əmir Kuboku AFK ÜmumiQətər SC2017–2018Qətər Ulduzlar Liqası2000––20 İran Diviziyon Hazfi Kuboku AFK ÜmumiSepahan FK2018–2019İran milli futbol çempionatı12331––154 İran ümumilikdə174421370018749 Türkiyə ümumilikdə4110––51 Qətər ümumilikdə2000––20 Karyerası ümumilikdə169401160018046 Mükafatları Klub İstiqlal FK ilə Hazfi Kubokunun 2015-2016-cı il mövsümünün ikincisi olmuşdur. Neft-Tehran ilə Hazfi Kubokunun qalibi olmuşdur. Şəxsi İran milli futbol çempionatının 2014-2015-ci il mövsümündəki "İlin Komandası"na düşməyi bacarmışdır. Hazfi Kubokunun (2015-2016) bombardiri olmuşdur. Həmçinin bax İran azərbaycanlılarının siyahısı Əli Dayi İstinadlar
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran futbolçuları Kateqoriya:İranın kişi futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Fars körfəzi pro-liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:İstiqlal FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İran şəxsləri