Azərbaycan Şəhid Mədəni Universiteti () — Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır.

Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir.

"Research Gate"nin son reytinq cədvəlində görə 1716,47 bal toplamışdır.

Tarixi Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur.

1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi. 2012-ci ildə İranın təhsil siyasətinin dəyişməsi nəticəsində universitetin təhsil təyinatı da dəyişdirildi və o, ümumi təhsil verən universitetə çevrildi. Bundan sonra universitetin adı Azərbaycan Şəhid Mədani Universiteti olaraq dəyişdirildi. Şəhid Mədani Azərşəhrdən (Tufarqan) olan din xadimidir və İran İslam İnqilabı zamanı öldürülmüşdür.

Hal-hazırda universitet inkişaf etməkdədir və universitet rəhbərliyinin planlarına əsasən bu universitet yaxın müddət ərzində İranın ən yaxşı təhsil və araşdırma mərkəzlərindən birinə çevrilməlidir.

Azərbaycan Şəhid Mədani Universiteti Şimal-qərbi İranda ən yaxşı universitetlərdən biri hesab edilir.

Fakültələr Mühəndislik Ədəbiyyat və insan elmləri Təməl elmlər Teologiya və İslam elmləri İnformatika Psixologiya və metodika Kənd təsərrüfatı

Kampuslar Əsas kampus Təbriz kənarında, Təbriz-Marağa yolunda, Azərşəhr və Mamağan yaxınlığında, Təbrizdən 35 km məsafədə yerləşir. Adminstrativ hissə, fakültələr, tələbə yataqxanalarının əksəriyyəti, labaratoriyalar, emalatxanalar və amfiteatrlar əsas kampusda yerləşir. Əsas kampus həmçinin, qatar stansiyasına, 3 restorana, çörəkçiyə, sağlamlıq mərkəzinə və ticarət mərkəzinə malikdir.

Təbriz kampusu Təbriz yaxınlığındakı Dampezeşki adlanan yerdə yerləşir. 2013-cü ildə yaradılan bu kampusda əsasən bakalavr pilləsindən yuxarı pillələrdə təhsil alan elm adamları fəaliyyət göstərirlər. Bu kampusda magistr səviyyəsində tədris edilən sahələr: Analitik kimya Nəzəri fizika Struktur mühəndisliyi Elektrik enerjisi mühəndisliyi Riyaziyyat Doktorantura səviyyəsində tədris edilən sahələr: Analitik kimya Atom və molekulyar fizika

Təbriz kampusunda həmçinin Virtual və distant təhsil mərkəzi də fəaliyyət göstərir. Universitetin yay və qısa kursları da bu kampusda tədris edilir.

Tələbə cəmiyyətləri Universitetin akademik, idman və digər sahələrdə fəaliyyət göstərən tələbə assosiasiyası və cəmiyyətləri vardır: Tələbə Materialları Assosiasiyası Poeziya və Ədəbiyyat Assosiasiyası Musiqi Assosiasiyası Fotoqrafiya və Fim Assosiasiyası Qırmızı Aypara Assosiasiyası Xeyriyyə Assosiasiyası Mühəndislik Akademik Cəmiyyəti Ədəbiyyat Akademik Cəmiyyəti Fizika Akademik Cəmiyyəti Təməl Elmlər Akademik Cəmiyyəti Botanika Akademik Cəmiyyəti

Beynəlxalq əlaqələr Azərbaycan Şəhid Mədani Universitetinin Orta Şərqdə, Avropada və Asiyada bir çox universitet və inistitutlarla əməkdaşlıq və mübadilə proqramları vardır. Onlardan bəziləri bunlardır: Kanazava Universiteti (Yaponiya) Xəzər Universiteti (Azərbaycan) Qəbzə Texniki Universiteti (Türkiyə) Siirt Universiteti (Türkiyə) Yüzüncü İl Universiteti (Türkiyə) BBCA İnistitutu (İtaliya)

Nəqliyyat Tehran-Təbriz dəmiryolu xəttinin universitet ərazisindən keçməsinə görə Azərbaycan Şəhid Mədani Universiteti İranda özünün dəmiryolu stansiyası olan yeganə universitetdir. Həmçinin universitetə məxsus olan tramvay hər iş günündə 4 dəfə Təbriz və universitet arasında gediş-gəliş edir. 2016-cı ilin aprel ayında bu tramvaya yeni vaqonlar da qoşulmuşdur.

Həmçinin bax Təbriz Universiteti

İstinadlar

Kateqoriya:Təbriz universitetləri Kateqoriya:İran universitetləri