Conatan Panzo () — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.

Şəxsi həyatı Panzo London şəhərinin Brokli bölgəsində anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır.

Klub karyerası

Monako Panzo 9 yaşı olarkən Çelsi klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ilin iyul ayında isə o, Monako klubuna transfer olmuşdur. O, karyerasında debütünü ehtiyat komanda ilə 2-ci Milli Çempionatda etmişdir. O, peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.

Milli karyerası Panzo İngiltərə U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və finalda İspaniya millisinə məğlub olaraq ikinci yerin sahibi olmuşdur. O, komandası ilə 2017 FİFA U-17 Dünya Çempionatının finalında İspaniyadan revanş alaraq çempion olmuşdur. Panzo hal-hazırda İngiltərə U-19 millisində çıxış edir.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolMonako II2018–192-ci Milli Çempionat6100000061Monako2018–19Liqa 10000100010Ümumi karyera6100100071

Uğurları İngiltərə U-17 FİFA U-17 Dünya Çempionatı: 2017

Fərdi UEFA Avropa U-17 Çempionatı Turnirin Komandası: 2017

İstinadlar

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Nottingem Forest FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Legioner İngiltərə futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Serkl Brügge FK futbolçuları