Nazim Qarayev (Qarayev Nazim Əliheydər oğlu; ) — fizika‑riyaziyyat elmləri doktoru, professor. "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsinin baş elmi işçisi.

Həyatı Qarayev Nazim Əliheydər oğlu 1927-ci il martın 6-da Bakıda anadan olub. Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. 1950–1955-ci illərdə Leninqradda "Geofizuqlerazvedka" trestinin texniki rəhbəri, sonra isə seysmik və kompleks partiyanın baş mühəndisi vəzifəsində işləyib. 1955-ci ildən N. Qarayev Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun (ÜİETGİ) Leninqrad filialında nöqtəvi seysmik zondlama metodu ilə regional tədqiqatlar geofiziki partiyasının texniki rəhbəri, sonra isə seysmik laboratoriyanın rəhbəri olub, 1961-ci ildə bu laboratoriya Ümumittifaq Geoloji Kəşfiyyat İnstitutuna (ÜİGKİ) köçürülüb. 1956–1959-cu illərdə N. Qarayev öz müəllimləri – görkəmli alimlər İ. S. Berzon və İ. P. Kosminskayanın təkidi ilə Leninqrad Dağ-Mədən İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

Təltif və mükafatları "Rusiya Federasiyasının Əməkdar Elm və Texnika Xadimi" (1994) "Əməkdə fərqlənməyə görə" medalı

İstinadlar

Kateqoriya:SSRİ geoloqları Kateqoriya:Rusiya geoloqları Kateqoriya:Azərbaycanlı geoloqlar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Rusiya azərbaycanlıları