Mirabdulla Abbasov — Azərbaycan Premyer Liqasında iştirak edən "Səbail" klubunun şərəfini qorumuş azərbaycanlı futbolçudur.
Klub karyerası Mirabdulla Abbasov 1995-ci il Bakı şəhərində doğulub. Onun böyük qardaşı olan Mirsahib Abbasov da həmçinin futbolçudur. Mirabdulla "Neftçi" akademiyasında oynayıb və ilk profesional debütü isə 5 may 2015-ci ildə Bakı ilə oyunda olmuşdur. 2016-cı ildə o, Latviya Yüksək Liqasında "Dauqavpils" və Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın tərkibində icarə əsasında oynamışdır.Mövsümün sonunda o, klubu ilə müqavilə müddətini 2018–2019 mövsümün sonuna kimi uzatmışdır. 7 iyun 2023-cü ildə "Səbail"dən ayrıldı.
Milli karyerası 2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan U-23 millisinin tərkibində turnirin qalibi olmuşdur.
Onun Azərbaycan milli komandasının tərkibində debütü UEFA Millətlər Liqası seçmə mərhələsi çərçivəsində 17 noyabr 2018-ci ildə Farer adaları millisnə qarşı olmuşdur.
Uğurları Milli Azərbaycan (23 yaşlılar) İslam Həmrəyliyi Oyunları: 2017 Klub Neftçi Azərbaycan Premyer Liqası Bürünc (1): 2017-18 Şəxsi Azərbaycanda ilin futbolçusu (Futbol+ qəzetinin versiyası) (1): 2018
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Qırğızıstan Premyer Liqası futbolçuları