() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şimali Amerikada, Avropada, Asiyada təbii halda bitir.
Botaniki xarakteristikası Hündürlüyü təxminən 6 m, dərin olmayan, ancaq enli kökümsovlu ağac və ya iri, çoxgövdəli koldur. Enli, oval, seyrək çətiri nazik, sallaq budaqlarla formalaşmışdır. Gözəl zoğalarına görə bu kolun qışda çılpaq budaqları göyün fonunda zərif şəkil əmələ gətirir. Kolun cavan budaqları qırmızımtıl rənglidir. Yarpaqları sadə yumurtavari, enli 1–5,5 sm uzunluğunda, 1,8–2,8 sm enində, dairəvi gövdədədn çıxan dişli meyvəsi 8–15 mm uzunluğundadır. Erkən yazda bir az qırmızımtıl, yayda göyümtül, payızda tünd qırmızı, qızılı xallıdır. Çiçəkləri süpürgəçiçəkli olub, 4–10 çiçək bir yerdə toplaşır. Çiçəkləməsi bir həftədən çox olmur. Çiçəkləmə vaxtı — yazın axırları və ya yayın əvəlində bütün kolu bürüyən ağ çiçəkləri salxım çiçək quruplarına yığılmışdır (bir çiçək qurupdanda 12-dək çiçək olur). Bu kol çiçəklədikdən sonrada dekorativliyini itirmir. Onda şirin, dadlı, tünd al qırmızı rəngli, göyümtül çaları, parlaq salxımları gözəl yarpaqların fonunda bilinən meyvələr əmələ gəlir. Toxumları 7–10 mm diametrində tünd bənövşəyi rəngdə olur.
Ekologiyası İstisevən, rütubətə və torpağa tələbkar, şaxtaya davamlı bitkidir. Yazda azot, payızda kalium-fosfat verilməlidir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda yeni salınan park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi Ətraf mühitin çirklənməsinin qarşısını alır. Tək və qrup əkinlərində arxa planda canlı çəpərlərin salınmasında gözəl görünür. Sıx əkinlərdə yerləşdirilməklə bitkinin dekarativliyi itir. Yarpağı tökülən bitkilərlə birgə əkildikdə qışda bağa xüsusi gözəllik verir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Giləmeyvələr Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:25–29 ID olan Taksonbar