İqnas Filipp Zemmelveys (, ; ) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbəblərini təyin etdiyi üçün ona "analar xilaskarı" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşmüşdür. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.
Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0,85%-ə endirmişdir, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.
Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və onda depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.
Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.
Həyatı alt=|left|thumb|İqnatsın valdeyinləri Tereziya Müller və Yozef Zemmelveys, 1873-cü ilə aid rəsmlər|177x177px
Ailəsi və ilkin illəri İqnats Zemmelveys 1 iyul 1918-ci ildə Taban şəhərində katolik ailəsində anadan olmuşdur. O, atası Yozef (1778–1846) və anası Terezanın (1789–1844, evlilikdən öncəki soyadı Müller idi) on uşağından beşincisi idi. Atası Ayzenştadtlı idi, anasının soyu isə şvablar adlı alman etnik qrupundan idi. 1570-ci ilə qədər onların nəslini tədqiq etmək mümkün olmuşdur, ailəsinin əcdadları kiçik Marczfalva kəndində yaşamışdılar. Budanın tarixi bölgəsi olan Tabanda XVIII əsrin əvvəllərindən etibarən etnik serblər məskunlaşmağa başlamışdılar. Yozef və Terezanın böyük ailəsi Budapeştin "Apron, 1–3" küçəsində yerləşən evdə yaşamışdılar. XIX əsrin əvvəllərində Macarıstanın yoxsulluq və repressiya yaşadığı dövrdə, Yozef uğurlu ticarətçi idi və ailəsini bolluq içində yaşadırdı. Ətrafındakıların xatirələrinə əsasən, uşaqlıq və yeniyetməlik illərində İqnats həmyaşıdları və müəllimləri tərəfindən sevilən, yumşaq xasiyyətli və şən uşaq idi. Ailə içində ona "Natsi" deyilirdi.
Təhsili thumb|279x279px|Zemmelveysin uşaqlıq portreti. Lenart Landaunun əsəri, 1830 1837-ci ildə İqnats Zemmelveys katolik gimnaziyasını fərqlənmə nişanı ilə bitirdi və atasının məsləhəti ilə Vyana Universitetinin hüquq fakültəsinə daxil oldu. Cəmi bir neçə həftədən sonra gənc oğlan anladı ki, hərbi hakim karyerası onu cəlb eləmir. Bir dostu sayəsində o, professor Yozef Berresin anatomiya dərsində iştirak etdi ki, orada müəllim nümunəvi meyiti yarma prosesini göstərirdi. İqnats insan bədəni quruluşundan o qədər təsirləndi ki, həmən fakültəsi və ixtisas fənnini dəyişərək, tibb şöbəsinə keçməyə qərar aldı. Vyanada birinci kursu bitirdikdən sonra Macarıstana qayıtdı və iki il Peşt Universitetinin nəzdində tibb məktəbində oxudu, 1841-ci ildə isə təhsilini o dövrdə Avropanın ən nüfuzlu tibb fakültəsinə sahib Vyana Universitetində davam etdirdi.
Qəbul aldıqdan dərhal sonra, hələ 1837-ci ildə Zemmelveys dil əngəli ilə rastlaşdı, belə ki onun ailəsində alman dilinin dunay-şvab dialektində danışırdılar, bu da Hochdeutsch-da danışan macarlar arasında anlaşılmazlıq və təşəxxüslü münasibətə səbəb olurdu. Macarca isə İqnats yaxşı danışa bilmirdi, çünki bu dillə ancaq orta məktəbdən məşğul olmağa başlamışdır.
Zemmelveysin tibbi görüşlərin formalaşması və bir həkim olaraq irəliləməsində həlledici təsiri üç elm adamı, patoloqoanatom Karl fon Rokitanski, dermatoloq Ferdinand fon Hebra və terapevt Yozef Şkoda göstərmişdilər. Patoloji anatomiyanın bir elm kimi formalaşmasında əhəmiyyətli töhfə verən fon Rokitanski Zemmelveysa meyitxanada işləmək üçün şərait yaratmış və zahı qızdırmasından ölən bütün meyitlərin yarmasını keçirtməyə imkan vermişdir. Fon Hebra Zemmelveysdan cəmi iki yaş böyük idi və özü də Şkoda və fon Rokitanskinin tələbəsi olmuşdur, sonradan o, görkəmli dermatoloq olmuş və şəxsi patoloqoanatomik məktəbini açdı. Fon Hebra Zemmelveysın ən yaxın dostu idi və illər sonra o, İqnatsın oğlunun xaç atası oldu. 1 iyul 1844-cü ildə İqnats iki il ərzində assistent vəzifəsinə keçmək perspektivi ilə Vyana Mərkəzi Xəstəxanasına təcrübəçi kimi işə düzəldi. 1844-cü ilin avqust ayında mama həkimi diplomunu aldı, 1845-ci ilin noyabr ayında isə cərrah.
İqnatsın ən sevdiyi müəllim fon Rokitanskinin tələbəsi olmuş Yakob Kolleçka oldu. Zemmelveys sözün əsl mənasında Kolleçkaya sitayiş edirdi və onun rəhbərliyi altında patologiya sahəsində ixtisaslaşmağı xəyal edirdi. Naməlum səbəblərdən rədd cavabı aldıqdan sonra o, Yozef Şkodanın assistenti vəzifəsinə müraciət etsə də, bu yer artıq başqasına vəd olunmuşdur. O, yalnız mamalıq sahəsindən müsbət cavab aldı, hansı ki daha az nüfuzlu sayılırdı. 1 iyul 1846-cı ildə Zemmelveys doğum şöbəsinin müdiri professor Yohan Kleynin yanında aspirant-assistent kimi işləmək üçün iki illik müqavilə imzaladı.
Mərkəzi Vyana Xəstəxanasındakı işi thumb|Vyana Mərkəzi Xəstəxanasının 1-ci və 2-ci şöbələri üzrə ölüm qrafiki, 1833–1858. Şaquli xətt 1-ci və 2-ci şöbələrə ayrılma anına, qırmızı düzbucaqlı isə Zemmelveysin işlədiyi dövrə və əl yuma təcrübəsinin tətbiqinə işarə edir thumb|220px|Vyana Mərkəzi Xəstəxanasının 1-ci şöbəsi üzrə ölüm qrafiki, 1841–1849. Qırmızı şaquli xətt Zemmelveysin xlorlu su ilə əl yuma təcrübəsini tətbiq etdiyi anına işarə edir. thumb|220px|1-ci və 2-ci şöbələrdə orta illik ölüm nisbətinin müqayisəli təhlili, 1841–1846 thumb|220px|3-cü qrafik: Vyana və Dublin Mərkəzi Xəstəxanalarında zahı qızdırmasından ölüm nisbəti, 1784–1849
Mərkəzi Vyana Xəstəxanası 1763-cü ildə imperatriçə Mariya Terezanın əmri ilə quruldu və dünyanın ən böyük xəstəxanası oldu. Tibbi xidməti keyfiyyətinə görə onu dünyanın ən yaxşısı etmək üçün baş həkim Lukas Boer Avropanın qabaqcıl doğum evlərindən bir neçəsinə ezamiyyətə göndərildi və oradan qayıtdıqdan sonra "təbii doğuşlar" üzrə pioner oldu. Boer Britaniya məktəbinin davamçısı idi və zahı qızdırmasının yoluxucu olduğu və onun xəstə pasiyentlərdən sağlam olanlara keçə biləcəyi qənaətində idi, buna görə xəstəxanalarda tibb işçiləri arasında gigiyenaya diqqətlə riayət edilirdi, otaqlar təmiz saxlanılırdı və xəstə pasiyentlər təcrid olunurdular. Həmçinin, Boer mamalıq üzrə təhsil alan tələbələrin cəsədlər üzərində təcrübə aparılmasının əleyhinə idi, cəsədlərin yerinə trenajorların istifadə edilməsinin tərəfdarı idi. Onun rəhbərliyi dövründə doğum evində ölüm faizi 1%-ə bərabər idi.
Vyana mamalıq məktəbinin banisi hesab olunan Boer II İosifin vəfatından sonra yaranan hakimiyyətin etibarını qazana bilmədi. Bir sıra ittihamlardan və intriqalardan sonra "subordinasiyaya riayət etməmə" səbəbilə işdən azad edildi və 1823-cü ildə Vyana Mərkəzi Xəstəxanasında professor və mamalıq şöbəsinin müdiri vəzifəsinə Yohan Kleyn təyin edildi. Daha əvvəl Boer Kleyn haqqında vəzifəyə namizədlər içərisində ən az qabiliyyətli kimi təsvir etmişdir və belə bir təyinat rəqiblərinin siyasi mübarizəsində daha bir addım idi. 1823-cü ildən tibb tələbələrinə və həkimlərə anatomiya şöbəsinə daxil olmaq icazəsi verildi və onlar təzəcə doğmuş qadınların cəsədləri də daxil olmaqla zahı qızdırmasından vəfat edənlərin bədənlərinin meyityarmasında iştirak etməyə başladılar. Bundan başqa, onlar ölən zahıların vaginal müayinələrini də keçirirdilər, sonra isə doğuşda olanları müayinə etmək üçün hamilələrə tibbi yardım şöbəsinə keçirdilər. Zahı qızdırmasından ölənlərin sayı üzrə müqayisəli təhlilin həyata keçirilməsi üçün 3-cü qrafikdə Dublin Mərkəzi Xəstəxanasının göstəriciləri yerləşdirilmişdir: qrafikə əsasən, Kleyn təyin edildikdən dərhal sonra kəskin artım yarandı. 1833-cü ilin yanvar ayından etibarən ağır iş yükü səbəbiylə mamalıq şöbəsinin iki klinikaya bölünməsinə qərar verildi, 1840-cı ildə isə Kleyn bütün tələbələri iki qrupa ayırdı: 1-ci klinkaya həkimlik üzrə təhsil alan kişiləri, 2-ciyə isə mamalıq öyrənən qadınları götürürdülər. O dövrdə xəstəxanada ildə 6–8 min doğuş halları baş tuturdu. Birinci klinikanın müdiri Kleynin özü olduğu halda, ikinci klinikanın rəhbəri Zalsburqdan dəvət olunan professor Frants Batş idi.
1 iyul 1846-cı ildə İqnats Zemmelveys Vyana Mərkəzi Xəstəxanasının 1-ci klinikasının birinci assistenti (baş ordinator) təyin edildi. İşə başladığı elə ilk günlərdə təzəcə doğmuş qadınların zahı qızdırması səbəbiylə ölüm sayının yüksək olması onda təəccüb doğurdu: həmin vaxtı Kleynin klinkasında göstəricilər bütün Avropadakı digər doğum evlərindən daha yüksək idi. Qadınların və anadan təzəcə olmuş uşaqların demək olar ki, 20%-ı (bəzi illərdə 30%-dən çox) epidemiyadan vəfat edirdi, eyni zamanda mamaların doğuşu apardığı Bartş şöbəsində ölüm nisbəti nadir hallarda 4%-i keçirdi. Bundan əlavə, 1-ci şöbədə zahı qızdırması epidemoloji xarakter daşıyrdısa, 2-cidə baş verirdisə belə bu hal fərqli palatalarda ayrı pasiyentlərdə müşahidə olunurdu. Bu fakt adi Vyana sakinlərinə də məlum idi: hamilə qadınlar nəyin bahasına olursa olsun çalışırdılar ki, birinci şöbəyə düşməsinlər, əvəzinə hər kəs qəbulu gecə yarısından sonra başlayan Bartşın klinikasına düşməyi istəyirdi.
Kəşf üçün zəminlər O dövrün Avropa həkimlərinin böyük əksəriyyəti humoralizm və diskraziya ideyalarına arxalanırdı. Zahı qızdırmasının yalnız qadınlara təsir etdiyi və onun müxtəlif, prinsip etibarilə fərqli xarici və daxili səbəblərdən qaynaqlandığı hesab olunurdu: zərərli miazmlar, tanrının hökmü, geoloji və iqlim şəraiti, zahın emosional sarsıntısı. Hətta uşaqlıq nahiyəsində iltihabı yanlış istiqamətdə axan süddən və ya hamiləlik aylarında toplanan menstrual qandan qaynaqlandığı nəzəriyyələri də var idi. Nəzəriyyələrdən biri iddia edirdi ki, infeksiyalaşmış sperma zahı qızdırmasına səbəb olur. Xəstəliyin səbəblərini müəyyən etməyi bacarmayan bir çox tibb işçiləri, ona qarşı mübarizənin mümkünsüz sayan qaçılmaz bir bəla olaraq qəbul edirdilər. Zahı qızdırmasından ölənlərin sayı çiçək xəstəliyi və vəbadan vəfat edənlərin cəmindən çox idi: məsələn, 60 il ərzində təkçə hələ Prussiyada 363.624 sayda qadın onun qurbanına çevrildi. Praqa və Parisin ən böyük xəstəxanalarında zahı qızdırması epidemiyası illərlə səngimədi. Tam fərqli vəziyyətdə İngiltərədə idi: ölkənin ən böyük xəstəxanalarının sənədlərinə görə, üç əsr ərzində qadınların yalnız 1,29%-i zahı qızdırmasından vəfat etmişdir. Britaniya həkimləri alətlərin, tibb heyətinin əllərinin və geyimlərinin, xəstəxanadaxili yerlərinin hamısının ideal təmizliyini və xəstələrin təcrid olunmasını zəruri hesab edirdilər. Qitə həmkarlarından fərqli olaraq, onlar müəyyən kontaqinin tibb personalı vasitəsilə yayıldığı və xəstə qadınlardan sağlam qadınlara keçdiyi nəzəriyyəsinə sadiq qalırdılar. Ancaq zahı qızdırmasının əsl səbəbləri haqqında heç bir təsəvvürləri yox idi, onun çiçək xəstəliyi və ya malyariya kimi müstəqil bir xəstəlik olduğuna inanırdılar. Hətta Şotlandiya mamalıq cərrahı Aleksandr Qordon belə törədici mikrobu təyin edə bilmədi, halbuki o, həllə hər kəsdən çox yaxınlaşmış və Aberdin şəhərində doğuş qızdırması epidemiyası ilə uğurla mübarizə aparırdı.