Manqanit — mineral, y - MnOOH.

Haqqında Manqanit - qatı­şıqları SiO2, Fe2O3 və b. Monoklinik. Habitus prizmatik. İkiləşməsi {011} və {100} üzrə. Ayrılması {010} üzrə mü­kəmməl, {110} və {001} üzrə qeyri-mükəm­məl. Aqreqatı: incə­­kristallik, oolitli, sızma, dənəvər, druzlar. Rəngi tünd-boz, qara. Cizgisi qırmızımtıl-qəhvəyi, qara. Parıltısı yarımmetallik. Sərtliyi 4. Xüsusi çəkisi 4,3. Çökmə yataqlarda pirolüzit və rodoxrozit fatsiyaları arasında yerləşir, aşağı temperaturlu hidrotermal yataqlarda barit, siderit, braunit və b. ilə birgə tapılır. Mn-nın əsas filizidir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Hidrooksidlər (minerallar) Kateqoriya:Manqanın (III) mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri