Skott Sammers () və ya Siklop () — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan uydurma super qəhrəman. Yazıçı Sten Li və rəssam Ceyk Kyörbi tərəfindən yaradılan personaj ilk dəfə 1963-cü ildə nəşr olunmuş "İks-adamlar" komiksinin 1-ci buraxılışında peyda olmuşdur.
Siklop qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, gözlərindən güclü, yandırıcı enerji şüaları yayır. Xüsusi qoruyucu eynəkləri olmadan Siklop həmin şüaları idarə edə bilmir. O, mutantlar və insanların sülh və bərabərlik şəklində yaşaması üçün vuruşan İks-adamlar komandasının ilkin üzvlərindən biridir.
2006-cı ildə IGN veb-saytının hazırladığı "Top 25 İks-adamlar" siyahısında Marvelin ən məşhur personajlarından biri olan Siklop birinci yerə layiq görülmüşdür. 2011-ci ildə isə eyni veb-saytda Siklop 100 komiks superqəhrəmanları siyahısında 39-cu göstərilmişdir.
Siklop rolunu İks-adamlar, İks-adamlar 2 və İks-adamlar: Son müqavimət filmlərində aktyor Ceyms Marsden, İks-adamlar: Başlanğıc. Şimal porsuğu filmində aktyor Tom Pokok yeniyetmə Siklop rolunu, İks-adamlar: Apokalipsis və İks-adamlar: Qara zümrüd quşu filmlərində isə gənc Siklop rolunu aktyor Tay Şeridan canlandırmışdır.
Xəyali bioqrafiya Erkən illəri Skott uşaq yaşlarında ailəsi ilə birlikdə Alyaska ştatının Ankoric şəhərində yaşamışdır. Onun atası ABŞ Hərbi Hava Qüvvələri mayoru Kristofer Sammers ailəsini De Havilland DH-98 təyyarəsinə mindirir və təyyarə Şi'ar kosmik gəmisinin hücumuna məruz qalır. Təyyarə alovlar içində yerə düşərkən Skotun valideynləri onu və qardaşı Aleksi paraşüt ilə aşağı endirir və onların yaşayacaqlarına ümid edirlər.Classic X-Men #15
Siklop "İks-adamlar" komiksinin ilk sayısında professor Çarlz Xavierin qəyyumluğu altında komandanın lideri olaraq göstərilir. Komikslərin müxtəlif sayılarında Skotun keçmişi barədə xatirələr ilə məlumat verilir. Onun gücünü idarə edə bilməməsinə əsas səbəb kimi uşaqlıq dönəmində yaşadığı hadisələr göstərilir.Uncanny X-Men #156 "Əsrarəngiz İks-adamlar" komiksinin 156-cı sayında Skotun paraşütdən düşərkən paraşütün alovlandığı və Skott yerə düşərkən başından zərbə aldığı bildirilir. İks-adamların üzvü olan telepat Emma Frost Siklopun optik enerji şüaları üzərində idarəetməni itirməsinə səbəbin Skotun uşaqlıq dövründə yaşadığı travmatik hadisələrə qarşı özündə yaratdığı mental qalxandır. Emmanın köməyi Skott qısa müddətliyinə mental qalxanı yararaq, güclərini idarə etməyə nail olmuşdur.Astonishing X-Men #18
İks-adamlar thumb|left|150px|Siklop optik enerji şüası saçarkən 16 yaşında ikən Skott kimsəsizlər evindən qaçır və küçələrdə dolaşarkən Professor İks onu tapır. Kimsəsizlər evi nəzarətçisi ilə Nyu-Yorka səfər zamanı Skott bir tikinti sahəsinə yaxınlaşır və bir anda onun optik enerji şüaları aktivləşir. Nəticədə tikinti sahəsindəki kran zədələnərək, ətrafdakı kütləyə doğru düşməyə başlayır. Bunun qarşısını almaq üçün Skott ikinci bir enerji şüası ilə kranı darmadağın edir. Baş verənləri görən kütlə isə Skotu ələ keçirməyə çalışırlar. Skott qatara minərək, ərazidən qaçır. O, cinayətkar Cek O'Daymonds ilə qarşılaşır və onunla döyüşür. Professor İks Skotu xilas edərək, ətrafdakı əhalinin yaddaşını pozur. Daha sonra o, Skota İks-adamlara qoşulmağı təklif edir və Skot təklifi qəbul edərək, ilk rəsmi İks-adam olur.X-Men #38–42
İks-adamlar komandasının üzvü kimi ilk missiyasında o Maqneto ilə döyüşür. Daha sonra isə komanda ilə birlikdə Köpük ilə döyüşür. Skot komandanın üzvlərindən olan Cin Qreyə aşiq olur.X-Men #3 O, daha sonra İks-adamlar ilə birlikdə ilk dəfə Mutant qardaşlığı ilə vuruşur.X-Men #4 Tezliklə Xavier Skotu komandanın lider müavini olaraq seçir.X-Men #7
Siklop Cin Qrey ilə eşq münasibəti yaşayır. Nə vaxtsa optik şüaları ilə Cini incitməkdən və özünün incilməyindən qorxduğu üçün Skot Cinə qarşı olan hisslərini aylarla özünə belə etiraf etməkdən çəkinir. Skotu narahat edən digər bir mövzu isə özünün Cinə aşiq olan komanda yoldaşı Mələyə qarşı heç bir şansının olmadığını düşünməsi idi. Lakin Skot Cinin də ona aşiq olduğunu və addım atmağa çəkindiyindən xəbərsiz olur. Nəticədə onlar Buz adamın ad günündə bir-birlərinə qarşı olan hisslərini etiraf edərək, sevgili olurlar.X-Men #32
İks-adamlar Krakoa tərəfindən məğlub edildiyi zaman Siklop qaçmağa nail olan yeganə mutant olur. O, komanda yoldaşlarını xilas etmək üçün Professor İks ilə birlikdə Şimal porsuğu, Fırtına, Koloss, Gecə ilanı, Banşi, İldırım quşu və Günəş atəşinin yer aldığı yeni komanda yaradır.Giant-Size X-Men #1 Yeni İks-adamların gəlişi ilə orijinal İks-adamlar (Mələk, Buz adam, Cin Qrey, Skotun qardaşı Havok və Polyaris) komandanı tərk edir və yalnız Siklop qalır.X-Men #94
Valideynlərinin təyyarə qəzasında həlak olduğunu düşünən Skot əslində onların Şi'ar imperiyası tərəfindən ələ keçirilərək, qul edildiyindən xəbərsiz olur.Uncanny X-Men #107–109 Siklop Şi'ar imperiyasında hökm sürən tiranlığa qarşı mübarizə aparan Ulduz söndürücülər komandasının lideri Korsar ilə görüşür. Korsarın əslində Skotun atası olduğunu anlayan Cin ona heç nə demir. İllər sonra o, atasının kimliyini öyrənir.Uncanny X-Men #154
Siklop günəş şüaları üzərindən kosmik gəmini idarə etməyə çalışarkən həlak olan Cinin Zümrüd quşu kimi yenidən dünyaya gəlməsinin ardınca onun artıq əvvəlki kimi olmadığını anlayır və ona qarşı olan hislərini yenidən sorğulmağa başlayır. Cinin artıq onu sevmədiyinə inanan Skott bir müddət Kollin Vinq ilə görüşür.X-Men #122 Daha sonra Muir adasında Proteusla döyüşərkən Skott və Cin yenidən bir araya gəlirlər.X-Men #129 Cinin ölümündən bir neçə gün öncə Skott ona evlənmək təklif edir və Cin razılaşır. Cinin ölümündən sonra Siklop İks-adamları tərk edir.Uncanny X-Men #138 O, Li Forresterin kapitanlıq etdiyi balıqçı gəmisinə qoşulur. Gəmi səyahəti zamanı Linin atası şeytani məxluq olan D'Spayrın təsiri altına düşür. Siklop ilə D'Spayr arasındakı döyüş nəticəsində gəmi parçalanır. Skott ilə Li gözlərini Maqnetonun Bermud üçbucağında qurduğu bazasında açırlar.Uncanny X-Men #148
Siklop tezliklə İks-adamlara geri dönür.Uncanny X-Men #150 Daha sonra isə o, Cinə çox bənzəyən Madelin Prayor ilə evlənir və İks-adamları yenidən tərk edir.Uncanny X-Men #175 Həyat yoldaşı ilə çətin günlər yaşayan Skott həm də İks-adamlardan kənar keçirdiyi həyata adaptasiya olmaqda çətinlik çəkir. O, İks-adamların liderliyini geri qazanmaq üçün Təhlükə otağında Fırtına ilə vuruşur. Mutant güclərinə sahib olmamasına baxmayaraq, Fırtına Siklopu məğlub edir. Madelin və Skotun Neytan adlı övladı dünyaya gəlir. Bunun ardınca Siklop ailəsinə geri dönür.Uncanny X-Men #201
İks-Faktor və İnferno Neytanın doğumundan qısa zaman sonra Cin Qreyin yaşadığı və əslində heç vaxt Zümrüd quşu olmadığı üzə çıxır. Zümrüd quşunun yaralanmış Cini Yamayka körfəzində buraxaraq, onun görüntüsünü və yaddaşını alan kosmik bir varlıq olduğu məlum olur. Zümrüd quşunun ölümündən illər sonra gerçək Cin Qreyi Qisasçılar və Fantastik dördlük aşkar edir. Cinin yaşadığını öyrənən Siklop ailəsini tərk edərək, "mutant ovçuları" kimi özlərini qələmə verən İks-Faktor komandasına qoşulur. Skotu itirməsinin ardınca ümidsizliyə qapılmasına baxmayaraq Madelin Payor yardım üçün İks-adamlara qoşulur və nəticədə komanda yoldaşları ilə birlikdə onun da Mutant soyqırımında həlak olduğu düşünülür.
Şeytani varlıqlar Madelinin ümidsizliyindən istifadə edərək onu Yaşıl Qoblinə dönməyə razı salırlar. Madelin onu tərk etdiyi üçün Skotdan qisas almaq istəyir. Onun əslində Skotun əleyhinə istifadə etmək üçün Mister Zalım tərəfindən yaradılan bir Cin Qrey klonu olduğu üzə çıxdıqdan sonra Madelin buna dözə bilmir və intihar edir. Skott Mister Zalımı optik enerji şüası ilə vuraraq onu öldürdüyünü düşünür. Skott Cin ilə sevgi macərasına yenidən başlayır və oğlu Neytanı da öz qəyyumluğuna götürür.
Qədim mutant Apokalipsis Neytanı texno-üzvi virusa yoluxdurur. Skott komanda yoldaşları ilə birlikdə Apokalipsisi məğlub edir, lakin virusun yayılmasının qarşısını almaq olmur. Çarəsiz qalan Skott oğlunu sağalması üçün gələcəyə göndərir.
Daha sonra İks-adamlar və İks-Faktor Professor İksin növbəti düşməni olan Kölgə kralı ilə mübarizə aparırlar. Kölgə kralını məğlub etdikdən sonra Siklop və digər İks-Faktor üzvləri yenidən İks-adamlara qoşulurlar. Skott yeni yaradılmış "Mavi komanda"nın lideri seçilir.
İks-adamlara geri dönüş thumb|right|150px|Siklop İks-adamlar Mavi komandanın lideri kimi Siklopun komandaya geri dönüşünün ardınca Mavi komanda Qırmızı Omeqa və Əl komandasının ninjaları tərəfindən qaçırılır. Girov götürülmüş komanda üzvlərinin xilasından sonra Mister Zalım keçmiş İks-Faktor nümayəndəsi Kalibandan istifadə edərək, Strayf üçün Skott və Cin Qreyi ələ keçirir. Neytanın klonu olan Strayf Skott və Cinə Neytan olduğunu söyləyir. Kabel ləqəbi götürmüş Skotun gələcəyə göndərdiyi oğlu Neytan Strayf ilə döyüşür və hər ikisinin döyüşdə həlak olduğu düşünülür. Bunun ardınca İks-adamlar yenidən Omeqa Red ilə döyüşür. Skotun komanda yoldaşı Psaylok onu Cindən ayıraraq, ələ keçirməyə çalışır. Lakin Skott Cin ilə birlikdə qalır. Kabel gələcəkdən geri dönür və Skota gerçək Neytan olduğunu söyləyir.
İkinci evlilik Skott Sammers və Cin Qrey nəhayət ki, evlənirlər. Onlar bal ayı üçün gələcəyə Neytanın yanına gedirlər. Neytana Apokalipsisi məğlub etməyə kömək etdikdən sonra onlar keçmişə geri dönürlər. Apokalipsis və Strayfın fırıldaqlarına alət olan Mister Zalım Skota daha bir Sammers qardaşının olduğunu söyləyir.
Professor İks Maqnetonun yaddaşını pozmağa çalışarkən Maqnetonun qaranlıq niyyətləri Xavierin şüuraltı qaranlıq zəkasını oyadır və nəticədə Professor İks Qırğın adlı qorxunc məxluqa dönüşür. İks-adamlar məxluqu məğlub edib, Xavieri azad etməyə nail olsalar da, baş verən döyüş nəticəsində Yer kürəsinin bir çox superqəhrəmanları yox olur. Qırğının yox olması gücsüz qalan Xavier həbs olunur, Skott və Cini isə komanda və məktəbə rəhəbr təyin edir. Lakin Bastionun təşkil etdiyi Sıfır Dözüm əməliyyatı çərçivəsində sinəsinə partlayıdıcı maddə quraşdırılan Skott nəticədə ağır yaralanır və mübarizənin ardınca Cin və Skott komandanı tərk etməyi qərara alırlar.
Şər ilə birləşmə Professor İksin ruhi vəziyyətindən narahat olan Fırtına Skott və Cindən komandaya geri dönmələrini xahiş edir. Onların komandaya dönüşünün ardınca Apokalipsis tamamilə məğlubedilməz olmaq üçün xüsusi mexanizmdən istifadə edərək, seçilmiş 12 mutantın gücünü və Neyt Qreyin vücudunu ələ keçirməyi planlaşdırır. Neyti xilas etmək üçün Siklop Apokalipsis ilə birləşmək məcburiyyətində qalır. İlk öncə öldüyü düşünülən Skott daha sonra Cin və Kabel tərəfindən Misirdə tapılır. Onlar Apokalipsisin ruhunu məhv edərək, Skotu ondan ayırırlar.
Yeni İks-adamlar İks-adamlara geri dönən Siklop Apokalipsisin təsiri altından çıxmasının ardınca xarakterində dəyişikliklər yaranır. Bu dəyişiklər Cin ilə onun arasında uçurum yaradır. Siklop Apokalipsisin təkcə Cinə qarşı olan münasibətini deyil, bütün həyatını sual altına qoyduğunu söyləyir. Siklop Ksorn adlı güclü bir mutantı intihar fikrindən daşındırmaqda əsas rol oynayır və daha sonra Ksorn İks-adamlara qoşulur. Onlar arasında böyük dostluq yaranır.