Sücəddin Mustafa oğlu Abdullayev () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının mənzil-kommunal təsərrüfatı naziri və Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1992–1999).

Həyatı Sücəddin Mustafa oğlu Abdullayev 20 dekabr 1949-cu ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. 1967-ci ildə kənd məktəbini qurtardıqdan sonra M. F. Axundov adına Azərbaycan Dillər İnstitutun rus dili və ədəbiyyat fakültəsinə daxil olub. 1967-ci ildən 1972-ci ilə qədər başqa -başqa yerlərdə fəhlə, tərbiyəçi vəzifələrində çalışıb. 1972-ci ildə peşə məktəbində komsomol komitəsinin katibi olub. 1973-cü ildə sovet ordusu sıralarında xidmət edib. 1974-cü ildə texnikumda komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1975-ci ildə Lenin rayonu (indiki Sabunçu) komsomol komitəsində şöbə müdiri olub. 1976-cı ildə partiya işinə keçdiyinə görə tutduğu vəzifədən azad olunub. 1976–1990-cı illərdə Lenin rayonu partiya komitəsində instruktor, şöbə müdiri vəzifələrində çalışıb. 1984-cü ildə Bakı Ali Partiya Məktəbini qırmızı diplomla başa vurub. 1990–1991-ci illərdə Xətai rayonu İcra Hakimiyyətində sədr müavini vəzifəsində çalışıb. 1991–1992-ci illərdə icra başçısının mənzil məsələləri üzrə müavini olub. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının mənzil-kommunal təsərrüfatı naziri vəzifəsində, 1993–1999-cu ilədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri vəzifəsində işləyib.

2018-ci ilin oktyabr ayının 21-ində uzun sürən xəstəlikdən sonra vəfat edib.

İstinadlar

Kateqoriya:Azərbaycan nazirləri Kateqoriya:Xətai Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Azərbaycan Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədrləri