Leysit — mineral, K[AlSi2O6] analsimlə izostruktur olan karkaslı silikat. Adi temperaturda — tetraedr (psevdokub.); 605 0 C-də kubik — β-leysitə keçir. K az miqdarda Na-la əvəz olunur. Kristalları — tetraqontrioktaedr, dodekaedr; İkiləşməsi {110} üzrə polisintetik. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Rəngi ağ, boz, tez-tez çoxsaylı möhtəviləri olur. Sərtliyi 5,5–6. Xüsusi çəkisi 2,5. Kaliumla zəngin doymamış əsasi effuziv və hipabissal süxurlarda tapılır.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Kaliumun mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Süxurtörədən minerallar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri