Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri () — türk lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") ()-nin müəllifi.
Həyatı Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış, daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir.Book Arabic Lexicography: Its History… , by John A. Haywood, year 1965, chapter six: "The Ṣaḥāḥ of al-Jauharī". Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır. O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır. Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.
Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir.Youssef, H. A., Youssef, F. A., & Dening, T. R. (1996). Evidence for the existence of schizophrenia in medieval Islamic society. History of Psychiatry, 7(25), 059. doi:10.1177/0957154x9600702503 Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir. Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.
İstinadlar
Xarici keçidlər Encyclopedia Islamica Böyük İslam Ensiklopediyası
Kateqoriya:Ərəbşünaslar Kateqoriya:1911-ci il Britannika Ensiklopediyasından Vikimənbədən istifadə edərək istinad verən məqalələr Kateqoriya:Ensiklopedik əhəmiyyəti təsdiqlənmiş alim məqalələri Kateqoriya:İxtiraçılar Kateqoriya:Ərəb filoloqlar