Müqəddəs Mixeyil kilsəsi — Qax rayonunun Meşəbaş kəndində yerləşən pravoslav kilsəsi.
Tarixi Müqəddəs Mixeyil ingiloy kilsəsi Qaxın Meşəbaş kəndində yerləşir. Kilsə 1892-1894-cü illərdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən maliyyələşdirilərək inşa edilib. Kilsənin sahəsi 0.03 hektardır. 1992-1993-cü illərdə yenidən təmir olunub. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur. Kilsə binasının vəziyyətini orta qiymətləndirilir.
Həmçinin bax Kürmük məbədi Allahverdi kilsəsi Müqəddəs Nino kilsəsi Müqəddəs Georgi kilsəsi (Qax) Zaqatala kilsəsi
İstinadlar
Kateqoriya:Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilən kilsələr Kateqoriya:Qax kilsələri